HİKMƏT SAHİBLƏRİ DEMİŞKİ..
Dörd şey gözəldir, lakin dörd şey ondan daha gözəldir.
1. Kişilərin utanması gözəldir. Lakin qadınların utanması ondan daha gözəldir.
2. Hər kəsin ədalətli olması gözəldir. Lakin əmr sahiblərinin ədalətli olması daha gözəldir.
3. Qocanın tövbəsi gözəldir. Lakin gəncin tövbəsi daha gözəldir.
4 Varlının comərdliyi gözəldir. Lakin kasıbın comərdliyi daha gözəldir.
Dörd şey pisdir. Lakin dörd şey ondan daha pisdir.
1. Gəncin günah işləməsi pisdir. Lakin yaşlının günah işləməsi daha pisdir.
2. Cahilin dünya işlərinə dalması pisdir. Lakin alimin dünya işlərinə dalması daha pisdir.
3. İnsanların ibadətdə zəiflik etməsi pisdir. Lakin Dini müəllim və tələbələrin ibadətdə zəiflik etməsi daha pisdir.
4. Zənginlərin qüruru pisdir. Lakin kasıbın qüruru daha pisdir.