1. Bəndədən soruşulacaq ilk şey namazdır, əgər o qəbul olunsa , digər əməlləri də qəbul olunacaq. İmam Baqir (ə)
2. Hər kim Allahın ona vacib etdiyi əməlləri etsə , onda o ən yaxşı insanlardandır. İmam Zeynəlabidin (ə)
3.Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza verə bilməzsən. İmam Əli (ə)
4.Allaha itaətin tacı, bəndənin xoşuna gəlsə də , gəlməsə də Allahın işinə rza olmaqdır. İmam Sadiq (ə)
5. Allah Məhəmmədən (s) yaxşı insan yaratmayıb. İmam Əli (ə)
6. Sənin ən üstün qardaşın ona qarşı olan səhvlərini unudan və ona etdiyi yaxşılıqları yadda saxlayandır. İmam Həsən Əsgəri (ə)
7. Tamahkar adam hətta bütün dünyaya sahib olsa belə , yenə yoxsuldur. İmam Əli (ə)
8. Həzrət Məhəmmədi (s) ilk görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı. İmam Əli (ə) 9. Ata-ananın övladına etdiyi dua, suyun əkinə verdiyi faydaya bərabərdir. Məhəmməd Peyğəmbər (s) 10. Sizə edilən pisliyi əfv edin, millətinizə edilən əsla. İmam Əli (ə)
9. Xəsis insan dünyada fəqirlər kimi yaşayar , axirətdə isə varlılar kimi sorğu-suala çəkilər. İmam Əli (ə)