Frans Kafkanın sözləri

Frans Kafkanın sözləri

Cəmi 41 il ömür sürmüş, ölümündən sonra bütün əsərlərini son nüsxəyəcən tapıb yandırmağı dostlarından xahiş etmiş, qeyri-adi düşüncə tərzi, bənzərsiz əsərləri, son dərəcə özünəməxsus yaradıcıhq mövqeyinə malik olan. dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısı Frans Kafka diqqətinizə təqdim olunan bu səhifədəki fikirlərin də müəllifidir.

  • Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
  • Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
  • İlk təəssürat keçicidir.
  • Camaat heç kəsə qeydi-şərtsiz sədaqətli deyil.
  • Gülüş arzu olunan qonağımızdır.
  • Çox az adam dilini dinc qoya bilir.
  • Gənclik hər şeyə yaxşı nəzərlə baxır.
  • Əfsanələr izahedilməzi izah etmək üçündür.
  • Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
  • Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.
  • Poeziya həyatı bəzəyir, başqa cildə salır...
  • Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
  • Əsl sənət xalis güzgüdür, ancaq о hərdən saat kimi qabağa qaçır.
  • Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.
  • Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa ƏLDƏ etmək mümkün de­yil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür.
Top