Vinsent van Qoq və yapon sənətinin psixoloji təsirləri

Vinsent van Qoq və yapon sənətinin psixoloji təsirləri

Vincent van Gogh1888-ci ilin fevral ayında çətinliklərlə dolu bir yolu geridə qoyduqdan və öz məqsədini tapdıqdan 10 il sonra, Vinsent van Qoq (30 mart 1853 — 29 iyun 1890) onu öz mənzərəsi ilə heyran edən Fransanın cənubundakı Arl qəsəbəsinə köçdü. 

Beləliklə, rəssamın həyatında 200-dən çox yağlı boya tabloları, 100-dən çox suluboya və karandaş ilə çəkilmiş əsərləri və yaradıcılığının zirvə nöqtəsi olan məşhur “Günəbaxanlar” əsəri ilə anılan fövqaladə məhsuldar dövr başlamış oldu. Lakin bu dövr həmçinin yoxsulluq və özünə xəsarət verməsi hadisəsi ilə yadda qalan psixi-həssas sıxıntılar yaşadığı bir dövr olmuşdu.

Bədii sərxoşluqdan və kofeindən hədsiz kömək alan rəssam qardaşı Teoya “Bitkin olduğumu fikirləşirəm. Demək olar ki, hələ də pulunu vermək məcburiyyətində olduğum çörək və dörd gün ərzində içdiyim 23 fincan qəhvə ilə yaşayıram” deyə yazmışdı.

Bədii diriliş və zehni məşğuliyyət ilə damğalanan bu qarışıqlığın ortasında Van Qoq ona sakitlik verəcək bir şeyin həsrətini çəkirdi və bunu heç gözləmədiyi mənbədən tapdı: Yapon sənəti və bununla bağlı fəlsəfə.

3 il ərzində Antverpendəki köhnə studiyasının divarlarını yapon naxışları bəzədi və Arla köçməmişdən bir il əvvəl Parisdə keçirdiyi müddət ərzində bu naxışlar üçün kiçik sərgi təşkil etdi. Bu müddət onun maraqlandığı bu estetik ənənənin ruhunda həqiqi iz qoymasını açıqladığı dövr idi.

Teoya yazdığı “Ever yours: The Essential Letters” kitabında yer tutan məktubların birində rəssam bunlardan bəhs edirdi:



“Əgər yapon sənətini yaxından tədqiq etsək, şübhəsiz ki, müdrik, qayğısız və ağıllı bir adam görərik. Bu adam öz vaxtını necə keçirir? Dünya ilə ayın arasındakı məsafəni tapmağa çalışaraqmı? Xeyr. Bismarkın siyasətini araşdıraraqmı? Xeyr. Tək bir ot kökünü təhlil edərək. Mənə görə daha şən və xoşbəxt deyilsənsə, yapon sənəti üzrə işləyə bilməzsən.”

“Yaponlara, onların çalımalarında yer alan hər şeyin sahib olduğu hədsiz aydınlığa həsəd aparıram. Bu işlər əsla yorucu deyil və tələsik hazırlanmış olduğu təəssüratını da heç vaxt yansıtmaz. Onların işləri nəfəs almaq qədər sadədir və bir hərəkəti paltonun düymələrini açırmışcasına asanlıqla, əminliklə edirlər.” 

Tərcümə: Günay Əliyeva
Müəllif: Mariya Popova
Mənbə: brainpickings
Top