Klod Mone (14 Noyabr 1840 — 5 Dekabr 1926), Fransız impressionist rəssam.
Oskar-Klod Monet və ya Klod Oskar Monet olaraq da tanınır. İmpressionizm termini, Monetin Gün Doğuşu adlı rəsmindən gəlir. İmpressionizm, müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Monet, rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.
Uşaqlığı və gəncliyi
Adolf və Louise-Justine Monet cütlüyünün övladı olan Monet, Parisdə dünyaya gəlib. 1845-də, yəni Monet beş yaşında olanda, ailəsi Normandiyadakı La Havreyə köçüb. 1851-ci ilin aprelində, Monet Le Havredə orta məktəbə başladı.
Əvvəllər 10-12 Fransız frankına satdığı qara qələmlə çəkilmiş karikaturaları ilə tanınmağa başlayır. İlk kurs dərslərini, Jak-Lui Davidin tələbəsi olan Jak-Fransua Ocharddan alan Monet, bu dövrdə, Eugne Boudinle tanış olmuşdur. Boudin, Monetə yağlı boya istifadə etməyi və açıq mühitdə rəsm texnikasını öyrətdi. 28 Yanvar 1857-də anası dünyadan köçəndə onun 16 yaşı var idi, məktəbdən ayrıldı və dul xalasının yanına yaşamağa başladı.
Paris
Luvr muzeyini ziyarət etmək üçün Parisə gələndə, bir çox rəssamın keçmiş ustaları təqlid etdiyinə şahid olan Monet, bir pəncərənin yanında oturub gördüklərini çəkməkdənsə, fırçasını götürüb açıq havada rəsm çəkməyi daha üstün tuturdu. Parisdə keçirdiyi illərdə bir çox impressionist rəssamla dost oldu. Bunlardan biri Edouard Manet idi.
1861-ci ilin İyun ayında Monet, yeddi illik müqavilə bağlayaraq orduya qoşuldu, amma qoşulmasından iki il sonar xalası Xanım Lecadre müqaviləsini ləğv etməsini təmin etdi. Ancaq Xanım Lecadrenin bir şərti vardı: Monet universitetdə rəssamlıq təhsili almalı idi. Xalasını bu fikrə Alman rəssam İohan Barthold Jongkindin sövq etmiş olması ehtimal edilir.
1862-də Parisdə Çarlz Gleyreinin tələbəsi olarkən, universitetdəki ənənəvi rəsm anlayışı Monetin xəyallarından tamamilə fərqli oldu. Bu dövrdə Pyer-Ogüst Renuar, Frederik Bazille və Alfred Sisley ilə tanış olmuşdur. Birlikdə şəkilə yeni yanaşmalarını bölüşdülər, işığın açıq havada yaratdığı təsiri şəkilə parçalanmış rənglər və ardıcıl fırça zərbələri ilə tətbiq etdilər. Bu daha sonralar İmpressionizm olaraq adlandırıldı.
Monet tanınmasını təmin edən 1866-ci il tarixli ‘’Camille’’, ya da ‘’Yaşıl Paltarlı Qadın’’ (La Femme à la Robe Verte) adlı əsəri, gələcək həyat yoldaşı Camille Doncieuxnun Monet tərəfindən çəkilən bir çox rəsmindən biri idi. Qısa müddət sonra Doncieux hamilə qaldı və ilk uşaqları Jan dünyaya gəldi. 1868-də Monet, Sena çayına tullanaraq intihara cəhd etdi.
Fransa-Prussiya müharibəsi
Fransa Prussiya Müharibəsi zamanı (1870-1871) Monet İngiltərəyə sığındı. Orada, John Constable və Joseph Mallord William Turnerin rəsmləri üzərində çalışdı. Hər ikisi də rəng istifadəsində Monetin innovativ görüşlərinə ilham mənbəyi olmuşlar.
1871-1878 illəri arasında Monet, Fransaya geri qayıtdı. Əvvəl uşaqlığının keçdiyi Le Havre şəhərinə getdi. Le Havredən bir mənzərə əks etdirən Gün doğumu tablosunu (Impression, soleil levant) çəkir. 1874-də ilk impressionist sərgidə yer alan bu rəsm hal-hazırda Parisdə Musée Marmottan-Monetdə saxlanılır. Tənqidçi Luis Leroy, şəklin adından yola çıxaraq «impressionizm» terminini, alçaltmaq məqsədilə ortaya atmışdır.
1873-də Paris yaxınlığında və Sena çayı sahilində bir kənd olan Argenteuile yerləşərək xanımı Camille ilə birlikdə altı il orada yaşadı; Ən çox tanınan əsərlərindən bəzilərini burada çəkmişdir.
1874-ci ildə Édouard Manet, Degas, Renoir, Cezanne, Pissaro, Sisley ilə bitlikdə təşkil etdikləri sərgi müvəffəqiyyətsiz olunca iqtisadi durumları xeyli çətinləşdi. Ancaq Édouard Manetin köməyilə Argueillede qalmağı davam etdirirdi.
Son dövrlər
Klod və Camillenin ikinci uşaqları Maykl, 17 Mart 1878-də anadan olmuşdu. İkinci dəfə ana olduqdan sonra səhhətində zəiflik yaranan Xanım Monet 5 Sentyabr 1879-da vərəm səbəbiylə dünyasını dəyişdi. Həyat yoldaşı ölüm yatağında ikən Monet, onun rəsmini çəkir. Camillenin ölümündən sonra Monet, Alice ilə Vétheuil'də yaşamağa davam etdi. Alice, öz altı uşağıyla birlikdə Monetin uşaqları Jan və Maykla baxırdı. 1891-də əri Ernestinin ölümündən sonra Monet ilə evlənməyi qəbul edir. 1892-ci ilin İyul ayında isə evlənirlər.
Camillenin ölümündən sonra yas içindəki Monet, bir daha heç vaxt yoxsulluq bataqlığına düşməyəcəyinə söz vermişdi və ən gözəl əsərlərini yaratmaq üçün səy göstərməyə başladı. 1883-1908 illəri arasında, Aralıq Dənizini gəzib və bir çox təbiət rəsmi çəkə bilmişdi. Mühüm bir rəsm seriyasını İtaliyada Venesiyada etmişdir. Həmçinin Londonda iki mühüm əsəri olan Parlamento de Londres və Charing Cross Körpüsü, əsərlərini hazırlayır.
Alice və Klod Monet uşaraqları ilə birlikdə 1881-də Poissye, 1883-də Vernona köçdülər və son olaraq May 1883-də Parisdən 80 km məsafədəki Givernydə məskunlaşdılar. Monet, burada bir ev və bağ icarəyə götürdü. Geri qalan ömrünün böyük qismini sonradan aldığı bu yerdə yaşıllaşdırdığı bağın rəsmini çəkərək keçirdi. İlk öncə ‘’Ot topaları’’ seriyasını həyata keçirir. Müxtəlif istiqamətlərdən və günün müxtəlif saatlarında ot tayalarının rəsmini çəkir. Son olaraq da rəsmini çəkdiyi bağının «Zanbaqlar’» seriyasını həyata keçirdi.
İkinci arvadı Alisa 1911-də, oğlu Jan 1914-da dünyadan köçdülər. Monet, 1923-də katarakta görə iki dəfə əməliyyat olunub. Katarakt olduğu müddətdə çəkdiyi rəsmlərin ümumi olaraq qırmızı tonlarda olduğunu görürük və bu görmə tərzi katarakta xəstələrinə xarakterikdir.
Ölümü
Monet, 5 Dekabr 1926-da, 86 yaşında ağciyər xərçəngi səbəbiylə dünyadan köçmüş və Giverny kilsəsi qəbiristanlığına dəfn edilmişdir.
Kamil Adgözəlli