Qərənfillə Madonna | Rafael Santi

Qərənfillə Madonna | Rafael Santi

Rafael Santinin yaradıçılığının florensiya dövrünə aid möhtəşəm bir nümunə «Qərənfillə Madonna».

Miniatür rəsm əsərində (279 на 224 mm) müqəddəs Məryəm və körpə İsa təsvir edilib. 2004-çü ildən rəsm əsəri London milli qalereyasında saxlanılır. Kompozisiya etibarilə əsər Leonardo Da Vincinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur.

Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.

Bir az rəsm əsərinin taleyi barəsində: 1991-ci ilə qədər belə hesab edilirdi ki, bu əsər original deyil Rafelin rəsmindən sadəcə bir kopyadır. Lakin 1991-ci ildə sənəntşünas Nikolas Penni elm aləminə sübut etdiki bu rəsm kopya deyil məhz originaldır. Lakin son dövrlərdə onun fikrini şübhə altına alan bir neçə yazı dərç olunmuşdur.

Rəsm əsəri uzun illər Qercoq Nortumberlendə aid olmuşdur. 2004-ci ildə o əsəri satışa çıxardıqda London mİlli qalerayası sonuncu original Rafael rəsminin ölkəni tərk etməsinin qarşısını almaqcün həyacan təbəli çalmışdır. Sponsurların sayəsində rəsm əsəri qalereya tərəfindən qercoqdan 35 mly. funt sterlinqə alınmışdır.

Rafiq
Top