Gecə gözətçisi — Rembrandt Harmens van Reyn.
Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır.
Gernika – Pablo Picasso.
İspaniyalı rəssam Pablo Pikassonun 1937-ci il 26 fevral tarixində İspaniya Vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 1.600 insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Self-Potrait Without Beard — Vinsent van Qoq.
Əriyən Saatlar – Salvador Dali.
“La persistencia de la memoria” adıyla da bilinən Yaddaşın Əzmi (Əriyən Saatlar olaraq da bilinir), Salvador Dali'nin ən məşhur tablosudur. 1932-ci ildə 250 dollara satılan tablo, 1934-cü ildən bu yana Nyu-York-daki "Çağdaş Sənət Muzeyi«ndə sərgilənir.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm