Son zamanlar rəssamların özü yox, şou- biznes adamları, dövlət xadimləri yaratdıqları rəsm əsərləri ilə daha çox tanınmağa başlayır. Yaradılan əsərlər arasında böyük maraq doğuranları çoxdur. Misal üçün, Pol Makkartninin rəsm sərgilərinə çoxlu insanlar gəlir; Silvestr Stallonenin bir rəsmi tam 40.000 dollara, Vladimir Putinin isə bir rəsm əsəri 37 mln. rubl qiymətlərinə satılmışdı.
Tim Berton
“Hollivudun baş sehrbazı”, “Müasir kino aləminin dəlisov siması”- hələ bunlar bu məşhur şəxsin bütün ləqəbləri deyil.
Həqiqətən də, onun yaratdığı hər bir şey qeyri- adidir. Bertonun fantaziya aləmi o qədər böyükdür ki, hətta filmlərə belə yerləşmir, bu səbəbdən o, daxili aləminin bir hissəsini rəsmlərlə ifadə edir. Bertonun sənət əsərlərinə nəzər salaq:
Bob Dilan
“New Orleans Series”- Amerikanın məşhur musiqiçisi olan Bob Dilanın rəsm sərgisi məhz bu adı daşayır. Bu sərgidə Yeni Orleanda 40-50-ci illərdə baş vermiş hadisələr əks edilir. Dilanın pərəstişkarları üçün Bobun rəssamlığa maraq göstərməsi bir yenilik idi. Məlumdur ki, məşhur musiqiçini professionalların fikrindən çox, adi insanların fikirləri maraqlandırır. Bob sərginin hamı üçün tam pulsuz olmasına əmin olmaq üçün əksər işlərdə özü iştirak edirdi. Bob Dilanın əsərlərini seyr edək:
Viktor Tsoy
Viktor uşaqlıqda estetik təhsil almışdı, o, rəsm çəkməyi çox sevirdi, hətta rəsm üzrə ali məktəbi bitirdi. “Yeni rəssamlar” birliyinin sərgilərində iştirak edirdi. Əsərləri ilk dövrlərdə ekspressiv, daha sonra isə realistik xarakterdə yaradılırdı.
Merilin Menson
Mensonun rəsm əsərlərini yaratdığını duyan adam heç də təəccüblənməz, çünki bu insandan çox şey gözləmək olar. İndiki şöhrəti onu rəssam kimi qəbul etməyə imkan verməsə belə, Menson əslində bu sənətə marağı çoxdan göstərib. “Akvarium” qrupunun lideri olan Boris Qrebelşikovun yaratdığı “Rəngarəng yay həyatı” rəsmi.
Robbi Uilyams öz itlərinin rəsmlərini Tyudorlar dövrünün kostyumlarında yaradır.
Uqo Çavezin “Yare ayı” rəsmi məhz həbsxanada yaradılmışdır.
Valentina Matvienkonun yaratdığı “Çovğun” rəsm əsəri 11 mln. rubla satılmışdır.
Vladimir Putinin yaratdığı bu əsər Milad xeyriyyə auksionunda 37 mln. rubla satılmışdır.
Hazırladı: Məmmədova Züleyxa