Ərəb milyonçuları milyonlarını hara xərcləyir?

Ərəb milyonçuları milyonlarını hara xərcləyir?

Pol Sezannın 1895-ci ildə ərsəyə gətirdiyi “Kart oyunçuları”  rəsm əsərini Qətərin kral sülaləsi 250 milyon dollara alıb. Beləcə, Sezannın rəsm əsəri açıq auksionda əldə edilmiş ən bahalı incəsənət əsərinə çevrilib. 

Art bazarda baş tutmuş bu böyük alış-veriş barədə Vanity Fair jurnalı xəbər verir. Məqalənin müəllifi The Observer-in keçmiş redaktoru Aleksandra Pirs yazıb ki, rəsm əsərinin qiymətini və onu əldə edən insanlar haqda məlumatı bir neçə insandan öyrənib. 

Pirsin sözlərinə görə, rəsm əsərinin əvvəlki sahibi yunan milyarder Georq Embirikos əsəri ölümündən öncə 2011-ci ilin qışında satmağı düşünmüşdü. Əsəri almağa əvvəlcə iki namizəd vardı – Art-diller Uilyam Akvavella və qalerist Larri Qaqosyan əsərə görə 220 milyon dollar verməyə hazır idilər. Lakin sonda, Qətərin kral ailəsi əsərə daha çox pul təklif edir və beləcə, onu əldə edir. 

 “Kart oyunçuları” seriyasında Sezann beş iş işləmişdi. Onlardan dördü müxtəlif muzeylərdə qorunur — Orse, Metropoliten muzeylərində, Barns fondunda və Kurto incəsənət institutunda. Yalnız bir iş şəxsi əllərdədir. 
Lakin nəşriyyat qeyd edir ki, “Kart oyunçuları”nın sonuncu, ən kədərli nümunəsi də sonda muzeyə təqdim edilə bilər. Belə ki, 2010-cu ildə Qətərdə Ərəb  Müasir incəsənət muzeyi və Qətər milli muzeyi açılıb və fond günü-gündən zənginləşməkdədir.   

İndiki zamana qədər açıq auksionlarda satılan ən bahalı rəsm əsəri Pablo Pikassonun rəsm əsəri olub. 2010-cu ildə onun əsəri 106,4 milyon dollara satılmışdı. 

Ümumiyyətlə, auksionlarda satılmış ən bahalı əsərlərin müəllifləri Pikasso, Pollok, Qustav Klimt və de Kunninq olub. Sonuncunun “Qadınlar  III” əsəri 2006-cı ildə 137,5 milyona satılmışdı. Elə həmin vaxt Cekson Pollokun "№5, 1948" rəsm əsərini 140 milyon dollara əldə etmişdilər.

 Həçinin baxa bilərsiniz:https://melumatlar.az/blog/4005/en-bahali-resm-eserleri

Top