Məhşur portiret - Mono Liza

Məhşur portiret - Mono Liza

«Mona Lisa» rəsmində qadının sifətində qaş və kirpikləri də daxil olmaqla heç bir tük yoxdur. Bəzi tədqiqatçılara görə, Da Vinçi həmin dövrün dəbinə görə Mona Lisanı qaşsız və kirpiksiz çəkib. Lakin 2007-ci ildə fransız mühəndis Pascal Cotte bəyan etdi ki, «ultra high resolution scan» zamanı Mona Lisanın əslində qaş və kipriklərlə təsvir olunduğu müəyyən olmuşdur. Çox güman ki, onlar zamanla bərpaetmə və təmizləmə proseslərində itmişdir.


Mono Liza haqqında 10 fakt:

 1. Mona Lizanı Fransızlar «La Joconde», İtalyanlar isə «La Gioconda» olaraq bilir yəni «Madonna Liza»nın qısaltması. Bu da «Leydim Liza» deməkdir.

2. Mona Lizanın gerçəkdə kim olduğu hələ bir sirr. Ancaq tarixçilər onu Florensialı bir işadamı olan Francesco del Giocondonun yoldaşı Lisa del Giocondo olduğuna inanır.

3. Digər nəzəriyyələr isə, Da Vinçinin anası, Məryəm Ana, həyat yoldaşı və hətta Da Vinçinin özü olduğu.

4. Da Vinçi tablonu 1503-1506-cı illər arası etdi. Şəkilə aşiq olduğu sanılan Da Vinçi, tablonu Francesco del Giocondoya vermək yerinə Fransaya qaçırdı.

5. Fransız İnqilabına qədər bir çox Fransız Kralının sarayında iştirak edən tablo, Napolyonun aşnası Cozefinanın yataq otağını da bəzədi.

6. 1804-cü ildən bəri Luvrda sərgilənən Mona Lisanın qaşı yoxdur. Qadınların qaşlarını taraş etməsi 16-cı əsr Avropasında məşhur bir ənənə idi.

7. Luvrda 6 min tablo olmasına baxmayaraq ziyarətçilərin yüzdə 95% ilk iş olaraq 77 sm x 53 sm ebatlarındaki bu kiçik tabloya baxmaqa qaçır.

8. Saatda 1500 adamın ziyarət etdiyi tablo sabit 20 dərəcə istilikdə 3 qat şüşənin arxasında qorunur. Muzey isə hər il 330 min Mona Liza mövzulu məhsul satır.

9. Tablo 1911-ci ildə oğurlandı. 2 il sonra yaradıldığı yer olan Florensiada tapıldı. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Picasso da vardı.

10 .Yağlı boya tablo hər il bir gün endirilərək təmizlənir. Mona Lizanın ziyarətə açıq olmadığı o gün Luvr Muzeyinin ən sakit günü olur.



Top