Türk rəssam dünyanı heyrətə gətirdi.
Onun əsərləri dünyada misli-bərabəri olmayan stildə hazırlanır. Çünki bu əsərlər kəpənəklər, ilbiz, hətta makaron və tikanların üzərində yaradılır.İstanbullu rəssamın əsərləri ilə dünyanın ən məşhur muzeyləri və özəl kolleksiyalarının sahibləri maraqlanmağa başlayıblar. 53 yaşlı Həsən Kale qabaq toxumu, düyü və qənd üzərində də əsərlər çəkir.Türk rəssam Həsən Kalenin yaradıcılığı fenomenaldır.