Fabian Perez

Fabian Perez

Bu rəssamın əsərlərinin özünəməxsus süjet xətti var-balkon, bardakı qadınlar, flamenko, gecə küçədə yalnız gəzintilər, Şərq, lakin hər şeydən çox xoşuma gələn, insanın fikrini və emosiyalarını dolaşdıran refleksiya arxasında gizlənmiş misilsiz “heç bir şey etməmə” vəziyyətli qadın obrazlarıdır.

Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir.

 
22 yaşındaykən Fabian Argentinanı tərk edir ,yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır.Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-da dərc olunan «Arzuların (obrazların) əksi» kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan «Yapon bayrağı» və «Medium insan» obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur.
 
Fabianın stili unikaldır. O, əsərlərinin qətiləşdirilməsini arzulamır, bu, həm yaradıcını, həm də yaradıcılığı məhdudlaşdırır. Tez quruduğu üçün o akrillə işləməyi sevir və bu da rəssama öz impulsu ilə hərəkət etməsinə kömək edir. Energetik və simvolik obrazlar bəzənmiş ehtirasla tamamlanır. Fabian əsərə öz emosiyalarını verir və bu da olduğu kimi tamamilə əsərdə əks olunur. Əsər çox istiqamətli yolda öz idrakına dəqiq çatmaq istəyən yolçular üçün sanki, bir yol xəritəsinə çevrilir.
 
Əsərlərindən video kataloq:

 
 
 
 
 
 
 

Top