"Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu"
Yaxın dostu Laportun məsləhətindən sonra İncəsənət Akademiyasına girməyə qərar verən Renuar imtahandan uğurla keçdi. 1862-ci ildə o, "Emil Sinyol" və "Axşam" adlı tablolarıyla məşhurlaşan İsveçrəli rəssam Çarlz Gleyrin emalatxanasına işləməyə haqq qazandı. Burada Frederik Bazill, Alfred Sisli və Klod Mone kimi dövrünün ən məşhur rəssamlarıyla tanış oldu. Bu tanışlıq isə onun rəsm sahəsindəki bacarıqlarının inkişafı baxımından misilsiz təcrübə olacaqdı. 18-ci əsr fəlsəfəsinin yaratdığı mədəni şəraitin izləri, orta sinfin həyatdan ləzzət aldığı dövrün əxlaq anlayışı, yaşadığı yerin mədəni çərçivəsi Renuarın həyatıyla bərabər tablolarında da əks olunurdu. Xüsusilə gənclik illərindəki ruhi vəziyyəti: sevinci, xoşbəxtliyi və zəifliyi sənətinin əsas mövsuzuna çevrilmişdi. Bir çox sənətşünas tərəfindən impersionizm cərayanının önəmli təmsilcilərindən biri kimi xarakterizə edilirdi. Ancaq əvvəllər Maneyə marağı olsa da, onun tərzini, üslubunu bəyənsə də və bunu Kurbenin plastik ifadə tərzi və Delakruanın rəng dünyasıyla birləşdirmiş olsa da, davamlı olaraq heç bir sənətçiyə və üsluba bağlanmamışdı. Renuar peşəsinin pik nöqtəsinə və sənətinin ən kamil dövrünə çatdığı vaxtlarda ağır romatizma xəstəliyinə tuş gəldi. Xəstəliyindən dolayı fırça tuta bilməyəcək qədər pis vəziyyətə düşdüyündə belə, fırçanı əlinə bağlayaraq rəsm çəkməyə davam etdiyi haqda rəvayətlər var.
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.
Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.
Günlərin birində isə parkda rəsm çəkərkən soyuq dəymədən dolayı vəziyyəti daha da qəlizləşdi.
Renuar 1919-cu ildə dünya mədəniyyəti xəzinəsinə minlərlə rəsm tablosu yadigar qoyaraq həyatla vidalaşdı.
Həmçinin bax: Mixail Aleksandroviç Vrubel
Konstantin Savitskiy
Ivan Kromskoy
Vasili Perov yaradıcılığı
Müəllif: Cavid Ramazanov