Fransisko Xose de Qoyya 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir.
Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır.Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir.Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.
Məşhur rəssamın o zamankı eskizləri elədə tanınmırdı.Öz sənətini davam etdirmək üçün Romaya gedən Qoyya Parma şəhərində təşkil edilən rəsm sərgisində ikinci yerə layiq görülür.Elə həmin ildə Saraqosaya geri dönür. İlk işlərini isə rəssam kağız üzərində deyil, evlərin divarlarına çəkib.Qoyya 1773-cü il iyunun 25-də öz qohumlarından olan bir xanımla evləndikdən sonra,işə düzəlir.Bundan sonra rəssamın uğurları daha da artır. Səbəb isə çəkdiyi rəsmlərin maraq doğurması idi.Onun çəkdiyi rəsmlər arasında ən məşhuru “San Fransisko kilsəsinin atları” adlı kətan üzərində çəkilən əsər hesab edilir. İnsanlar içərisində artıq məşhurlaşan Qoyya 1783-cü ildə kral III Karlosun portretini çəkmək üçün təklif alır. Bu təklif onun həm gələcək həyatına, həm də iş karyerasına öz müsbət təsirini göstərir.
Məhz bundan sonra Qoyya zəngin ispan ailələrindən bəzi sifarişlər almağa başlayır.
Yaratdığı sonsuz gözəlliklərə baxmayaraq, rəssam adı belə məlum olmayan xəstəlik ucbatından bir müddət yaradıcılığına ara verir.
1792-ci ilin sonu,1793-cü ilin əvvəllərində kar olan rəssamın həyat yoldaşı vəfat etir.Xanımının itkisi rəssamı sarsıldır.Həm xəstəliyi,həm çətinliklə yaşadığı həyatı, həm də həyat yoldaşının ölümü artıq Qoyyanın yaradıcılığının sonu demək idi.1824-cü ildə İspaniyanı tərk edən rəssam 1826-cı ildə yenidən öz ölkəsinə qayıdır. Ömrünün son illərini yaşayan rəssam daha yaradıcılıqla məşğul olmur. Onsuz da mən bu dünyanı tərk edəcəyəm- deyən rəssam 82 yaşında 1828-ci ildə vəfat edir.
Onu da qeyd edək ki,bu gün əsərləri dünya xalqları tərəfindən sevilərək maraqla qarşılanan rəssamın sümükləri 1919-cu ildə qazılaraq ölkədə kiçik bir kilsəyə verilir.Səbəb isə rəssamın yaradıcılığının əsas mövzusunun çarmıxa çəkilən insan görüntülərinin üstünlük təşkil etməsidi.