Balaca itdən alınacaq dərs

Balaca itdən alınacaq dərs

Günlərin bir günü təcrübəli ovçu Afrikada ov etməyə gedərkən yanında balaca ov itini də aparmışdı. Balaca it bir gün ovçunun yanından ayrılıb, meşədə gəzib qaçarkən itdiyini fərq etmişdi. Nə edəcəyini düşünərkən bir də baxıb görmüşdür ki, qarşıdan böyük bir bəbir gəlir. Bəbir çox ac idi və gündəlik yeməyini axtarırdı. Bunu görən it “Başım bəlada”  deyə düşünmüşdü.


Ətrafına baxmış, yerdə çox güman ki, daha əvvəl parçalanmış bir başqa heyvandan qalma bir neçə böyük sümük parçası görmüşdü. Dərhal arxasını bəbirın gəldiyi yerə dönərək bu böyük sümükləri gəmirməyə başlamışdı; bu vaxt da arxadakı bəbirın hərəkətin nə olacağını ehtimal etməyə çalşımışdı.

Bəbir tam hücum etmək üzrəykən balaca it öz-özünə yüksək səslə belə danışmış:

“Nə qədər ləzzətli bir bəbirdi. Ətrafda bundan başqa bəbir varmı görəsən?” Bu danışığı eşidən bəbir bir anda çaşıb-qalmış və nə edəcəyini bilməyib, dərhal ən yaxındakı ağaca dırmaşaraq yarpaqların arasında gizlənmişdi.

“Tam zamanında oyandım yoxsa bu vəhşi itə yem olacaqdım” deyə bəbir düşünmüşdü.

Bütün bunlar olub bitərkən yandakı ağacın üstündəki bir meymun olanları görmüşdü. Bildiklərini istifadə edərək, fürsəti qiymətləndirərək yaltaqlıq edib, bundan sonra bəbirın dostluğunu əldə edərək ondan xilas ola biləcəyini düşünmüşdü.

Bəbirın yanına gedərək nələr olduğunu söyləmişdi. Bəbir, itin etdiyinə çox hiddətlənmiş və bu pis vəziyyətdən xilas olmaq üçün meymuna “Çıx kürəyimə kürəyimə, gedib bunu dərsini verək” demişdi. Ancaq balaca it bəbirın, kürəyində meymunla birlikdə sürətlə yaxınlaşdığını hiss edincə nələr olduğunu dərhal anlamışdı.

“İndi nə etməliyəm” deyə düşünərkən qaçmağa heç təşəbbüs göstərməmiş; təkrar arxasını bəbirın gəldiyi istiqamətə dönərək, o böyük sümükləri gəmirməyə davam etmişdi. Bəbir tam hücum edərkən yenə öz-özünə danışmış:

“Birlikdə plan qurduğumuz bu axmaq meymun harada qaldı?… Yarım saat əvvəl bir bəbir daha gətirmək üçün getdi, hələ bir xəbər yoxdu!…”

Bu hekayədəki balaca itin verdiyi dərsdən hər kəs dərs götürməlidi. Diplomatiya bax belə bir şeydir: Edə bilirsinizsə; sürətli düşünün, sakit olun, güclü görünün və düşməninizi öz silahı ilə vurmağa çalışın.

Mənbə:Türkcə olan hekayələr toplusundan tərcümə olunmuşdur.
Top