Veneranın doğuluşu

Veneranın doğuluşu

Veneranın doğuluşu

İtaliyalı rəssam Sandro Botticellinin 1482-1486 -cı illərdə çəkmiş olduğu Veneranın doğuluşu tablosu dünyanın ən məhşur əsərlərdən biridir. Əsərdə Veneranın dənizdən bir gənc qadın olaraq doğuluşu təsvir olunub. Hal hazırda bu rəsm əsəri Florensiyada Uffizi müzeyində (İtalyanca: Galleria degli Uffizi) sərgilənməkdədir.Bottiçellinin Veneranın doğuluşu əsəri

Bir versiyaya əsasən bu rəsm əsəri Lorenso Mediçi üçün çəkilmişdir. Lakin bəzi tədqiqatçılar Lorenso Mediçi üçün çəkilən Venera tablosunun Sandro Botticellinin  artıq möcud olmayan başqa bir əsəri olduğunu geyd edirlər. Bəzi mənbələrdə isə həqiqətəndə rəsmin  Lorenso tərəfindən sifarış edildiyini bildirilir. Bəzi mütəxəsislərin fikrincə, bu tablo Giuliano Mediçinin Simonetta Vespucciye olan sevgisinin xatirəsinə çəkilmişdir. Simonetta Vespucci Portovenere adında dənizkənarı bir yaşayış məskənində yaşayişdı. Yayılmış versiyaya əsasən isə Venera dəniz köpüyündən bu qadının yaşadığı sahilboyu ərazidə doğulmuşdur. Əslində Botticellinin də bu gözəl qadına böyük məhəbbətinin olduğunu qeyd edən mütəxəsislər, rəssamin bir çox əsərlərindəki qadın obrazlarının prototipinin məhs bu qadın olduğunu qeyd edirlər.

Sandro Botticelli bir çox rəsm əsərlərində antik dövrün bütpərəst inancını əks etdirirdi. Bu isə kotolik kilsəsi tərəfində heç də birmənalı qarşılanmırdı.  Bu səbəbdən rəssamın bir çox əsərləri yandırılmışdı. Mütəxəsislərin fikrincə isə bu əsər məhs Lorenso Mediçinin himayəsi sayəsində yandırılmadan bu günə gəlib çıxmağı bacarıb.

Yunan mifinə əsasən Kron atası Urana qalib gələrək onun cinsiyyət orqanını dənizə atır və nəticədə dəniz mayalanaraq Afrodita ( Romalılarda Venera) doğular.

Tabloda Venera dənizqabığı (rakovina-çanaq) üzərində dənizdən yüksəldiyi şəkildə təsvir olunub.

Sol tərəfdə isə iki külək təsviri var hansıki bu küləklər Veneranı simvolik olaraq sahilə tərəf  gəlməsinə kömək olub.

Tablodakı dəniz qabığı qadın cinsiyyət orqanını simvolizə edir.

Rəsmdə çılpaq təsvir olunan Veneranın yanında mövsüm allahlarından olan Horaelərdən biri əlindəki çiçəkli örtü ilə Veneranın üstünü örtməyə çalışır.

Rəsmdə təsvir olunmuş küləklər də Veneranın üstünə ortası qızılı rəngli çiçəklər atır.

Bu rəsm əsərində ən diqqət çəkən məqam isə Veneranın boynunun və çiyninin adı insan ölçülərinə uyğun şəkildə təsvir olunmamasıdır. Halbu ki, həmin dövrün rəssamlarının əsərlərində (məsələn; Leonardo da Vinçi, Rafael və s.) belə hall müşahidə olunmur.

Tərcümə edən: Nuranə Heybətova

Top