Elan

Elan

Xorxe İspaniyanın kiçik bir qəsəbəsində yaşayırdı.Bir gün Xorxe kiçik oğlu Pako ilə mübahisə etdi.Ertəsi gün yuxudan oyananda oğlunun yatağının boş olduğunu gördü.Bəli,Pako evdən qaçmışdı.Xorxe vəziyyətdən çıxış yolu tapmaq istəyirdi ki,birdən ağlına parlaq bir fikir gəldi.

Və qəsəbənin mərkəzindəki mağazaya böyük bir elan asdı.Elanda bu sözlər var idi: “Pako evə qayıt.Səni sevirəm.Sabah səhər səni burda gözləyəcəm.Atan...”

Sabah səhər Xorxe mağazanın qarşısına çatanda çox ibrətli bir mənzərə ilə qarşılaşdı.Qarşısında oğlu kimi evdən qaçan Pako adlı yeddi uşaq var idi...

Mənbə: "Ailəm" jurnalı

Top