Stefan Qrem özünə istədiyini ala bilər: 29 yaşlı milyonçu ayda 220 min dollar qazanır və 2019-cu ildə gəlirlərin azı 1,6 milyon dollara çatdırmaq niyyətindədir.
Buna baxmayaraq YouTube ulduzu və daşınmaz əmlak investoru öz pulları ilə çox ehtiyatlı davranır. «Pullarımı xərcləməmək adətim məndə hələ uşaqlıqdandır, onları saxlamağı xoşlayırdım»-deyən Qremin sözlərinə görə, nəticədə qazandığı pulların 99%-nə qənaət edib yalnız 1%-i xərcləyir «Gəlirlərim çoxaldıqca daha az xərcləyirəm».
Stefan, hansı ki, artıq 26 yaşı olanda 26 milyon dolları vardı, iki məsələyə pul xərcləməyi xüsusilə xoşlamır. Bunlardan biri kofedir: «Mənfim fikrimcə kofeni hökmən «Starbucks» və ya «Coffee Bean» kimi yerlərdə içmək axmaqlıqdır, ona görə də bunu evdə cəmi 20 sentə edirəm. Stefan kofeni «Smart & Final» və başqa mağazalardan alır, hansı ki, yarı qiymətə böyük paket kofe əldə edir.
Stefanın qənaət etdiyi ikinci sahə dizayner geyimləridir: «Dizayner geyimi iki sahədən biridir ki, mən heç vaxt pul xərcləməyəcəm. Mən sadəcə məna görmürəm ki, Guccidən olan ayaqqabıya 700 dollar ödəyim. Ondansa sakitcə «Aldo» və ya «Call It Spring», ya da «H & M»ə gedib ona oxşayan ayaqqabını onun yüzdə biri qədər məbləğə ala bilərəm».
Ərzağa qənaət etmək üçün isə Stafan onları marketlərdən alı rvə nahar zamanı yeməyi rəfiqəsi ilə bölüşür.
Amma Youtube milyonçusu qənaət etmək üçün təkcə xırda məsələlərlə məşğul deyil. Xərclərinə qənaət etmək üçün daha maraqlı üsullar tapır. Məsələn dupleks (iki mərtəbəli) mənzilinin boş qalan bir mərtəbəsini kirayə verib.
Bu ilin aprelində Stefan 35 min dollara özünə «Tesla Model 3» alıb. Amma buna da pul xərcləməyib. Stefan deyir ki, avtomobili necə aldığı barədə Youtube-də video çəkib. Və həmin videodan gələn gəlir maşının pulun artıqlamasıyla çıxarıb.
Amma Stefan bildirir ki, varlı olmaq üçün təkcə qənaət etmək lazım deyil: «Milyonçu olmaq üçün hər alqı-satqıda qənaət etməli deyilsiniz, gündə 12 saat işləmək də lazım deyil. Sadəcə qeyri-standart düşünməlisiniz. Məndə özünü doğruldan üsul başqalarında doğrultmaya bilər. Yəni universal bir üsul yoxdur. Amma siz varlı olmaq üçün yaradıcı düşünməli və insanların əksəriyyətinin etmədiyini etməlisiniz».
Mənbə: fed.az