Məqsədyönlü fəaliyyət nailiyyətdir

Məqsədyönlü fəaliyyət nailiyyətdir

Məqsədyönlü fəaliyyət, məqsəd uğrunda planlı şəkildə fəaliyyət göstərməkdir. Düşüncəni, fikrini, xəyalını reallaşdırmaq üçün hərəkət etmək, düşüncələrlə davranışlar arasında balans yaradıb məqsədə doğru inamla, qətiyyətlə addımlamaqdır.
Məqsədyönlü fəaliyyət düşüncənə, inamına, xəyalına uyğun davranmaqdır.
Məqsədyönlü fəaliyyət nailiyyətdir
Öz qabiliyyətinə, istedadına, bilik və bacarıqlarına, düşüncələrinə, bir sözlə özünə inanıb həyatda layiq olduğun yeri tutmaq, layiq olduğun həyatı yaşamaq üçün əzmlə, zəhmətlə, yorulmadan, şövqlə çalışıb öz arzuna çatmaq, öz məqsədini həyata keçirməkdir.
Bu həyatda insanın başına gələn ən gözəl şey, bir vaxtlar xəyal etdiyi şeyin indi həyatında reallaşmasıdır. Xəyalının, qarşında həqiqət olduğunu görmək-bax, budur əsl möcüzə.
Məqsədyönlü fəaliyyət uğur səbəbidir. Məqsədyönlü fəaliyyət nailiyyətdir.
 
Müəllif: Rəşadət Hidayətov
Top