Qadın və kişinin fərqli xüsusiyyəti

Qadın və kişinin fərqli xüsusiyyəti

1) Tərbiyə baxımından
Nəyə görə kişi, adətən qadından fərqli olaraq, bir ünvanı tapmaq üçün bir kimsədən soruşmaq əvəzinə, bütün ətrafı dövrə vurur?
Nəyə görə kişi, qadından fərqli olaraq, öz hisslərini gizlədir?
Nəyə görə qadın kişidən daha səliqəli və çalışqan olur?
Çünki uşaqlıqdan hər iki cins tərbiyə olunarkən, oğlana “Sən qız deyilsən, ağlama”, qıza isə “Sən oğlan deyilsən, qız səliqəli olmalıdır” deyilir.
Valideynlər oğlanı tərbiyə edərkən onda məsuliyyətliliyi, inadkarlığı, əminliyi və hisslərini cilovlamaq kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar. Lakin qızlarda tamam başqa xüssiyyətləri və keyfiyyətləri inkişaf etdirirlər.
Kişiləri belə tərbiyə ediblər:
• Öz hisslərini gizlədən;
• Güclü və məğlubedilməz;
• Mübariz;
• Müstəqil.
Qadın kişidə bunu görmək istəyir:
• Öz hisslərini gizlətməyən;
• Öz zəif cəhətlərini göstərən;
• Əməkdaşlıq edən;
• Qadına ehtiyaclı və ondan asılı olan.
2) Mərhəmətlilik (şəfqət)
Kant deyib: “Qadınlar yumşaqürəkli, mərhəmətli və rəhmdildirlər”. Həqiqətən də qadınlar kişilərə nisbətdə daha şəfqətlidirlər.
Müxtəlif ölkələrdə belə bir müşahidə aparılmışdı: suni surətdə ağır nəticələrlə nəticələnmiş yol hadisəsi səhnələşdirilmişdir. 100 nəfərdən 40 nəfər kişi həmin hadisənin yanından sürəti azaltmadan keçmiş, 40 nəfərə yaxın sürəti azaldaraq yanından keçmiş, 20 nəfərə yaxın maraq hissinə görə saxlamış, yalnız 4 nəfəri yaxınlıqdakı polisə və “Təcili tibbi yardıma” xəbər vermişdir. Lakin bu zaman keçən 5 qadından 4 nəfəri maşınını saxlamışdır. Bəli, təsəvvür etmək belə çətindir kömək edə biləcək qadının hadisənin yanından düz keçib getməsini.
3) Sevgiyə münasibət
Qadın üçün vurulmaq daha asandır, nəinki onu etiraf etmək. Kişiyə isə etiraf etmək, aşiq olmaqdan daha asandır.
“Kişilər hörmət etdikləri qadını sevirlər, lakin qadınlar sevdikləri kişiyə hörmət edirlər”. (V.O.Kloçevski)
4) Ünsiyyət tələbatı və ünsiyyət
Qızlar kiçik yaşlarından daha zirək olurlar və onların nitqləri də daha iti və səlist olur. İllər keçdikcə bu xüsusiyyət onlarda qalır. Orta hesabla ünsiyyətdə qadınlar kişilərə nisbətdə yarım dəfə çox danışırlar.
Ünsiyyət qadınların həyatında o qədər əhəmiyyətli yer tutur ki, əgər gün ərzində onlar söhbət etməyiblərsə, bu, xanımların ümumi gündəlik əhvalına, məhsuldarlığına və iş keyfiyyətinə təsir göstərir. Ünsiyyət qadın həyatında ən vacib vasitə və anlardan biridir. Qadın ilə kişi arasında olan ünsiyyət tələbatındakı fərqlilik bir çox vaxtlarda ailədə münaqişələrə gətirib çıxarır. Bir çox hallarda ər öz ünsiyyət tələbatını işdə olduğu zaman təmin edə bilər.
Lakin xanım üçün bu həmişə belə olmur və ya onun tələbatı daha çoxdur. Ona görə də qadın həmin əksikliyi, boşluğu evdə doldurmaq istəyir. Kişi susur və suallara qısa cavab verir və ya heç qulaq asmır. Təbii ki, qadın bu münasibətdən inciyir və ona kifayət qədər diqqət göstərmədiyini kişiyə deyir. Amma bu, bir-birinin psixologiyasının bilməzliyindən irəli gəlir. Qadın və kişiyə tövsiyə olunur ki, bu xüsusiyyətə görə bir-birləri üçün keçsinlər, güzəştə getsinlər (yəni daha mülayim yanaşsınlar).
5) Xarici görünüş
Xarici görünüş – qadın üçün qayğılarla, problemlərlə dolu bir anlayışdır. Bütün bunun arxasında özünəməxsus həyat fəlsəfəsi durur. Məsələn, adətən kişinin səliqəsiz görünməsini onun həddən artıq məşğul olması ilə əlaqələndirirlər. Lakin qadının səliqəsizliyi heç bir bəhanə ilə qəbul olunmur.
Xarici görünüşü yaratmaq bacarığından bir çox şeylər asılıdır. Xanımı öz görünüşündən başqa hər şey təngə gətirə bilər. Bəzən xanım onun xarici görünüşündə qüsur tapanda daha çox əziyyət çəkir, nəinki onun işində (və ya hər hansı başqa sahədə). İşgüzar olub, lakin görünüşü yaxşı görünməyən qadın üçün bu faktor daha önəmlidir. Qadın təbiətinin əsasını, məhz bu təşkil edir.
6) Düşüncə
Kişi susaraq düşünməyə üstünlük verir və sonda nəticə olaraq sözünü deyir. Qadın isə ucadan düşünür və bu da kişi tərəfindən çox danışmaq kimi başa düşülür. Kişilər öz fikirlərini daha çətin ifadə edirlər, nəinki qadınlar.
7) Ailəyə münasibət
Ailə, sevgi qadın üçün dünyada hər şeydən vacibdir. Qadın öz yaradıcılığında, şəxsi karyerasında uğur qazansa da, ondan həyatının ən xoş anını soruşsan, övladlarının dünyaya gəlmə anlarını və ya həyat yoldaşı ilə 40, yaxud 50 il ömür sürdüyünü qeyd edər. (Ümumən nəzərdə tutulur)
8) Kəşf və zirəklik
Adətən hər hansı tapıntı və ya kəşf kişilərin adı ilə bağlıdır. Qadınlar monoton həyata fitrətən meyllidirlər. Kişilər isə onlardan fərqli olaraq, eynilikdən yorulurlar və tezliklə belə situasiyalardan qurtulmağa çalışırlar. Belə misallardan biri kimi, “pampersin” icadını göstərmək olar.
Amerika mühəndis-kimyaçısı Viktor Miləz tualet sabunlarının texnoloji xüsusiyyəti ilə məşğul idi. “Pampers”i icad etməyə həyat onu məcbur etdi: — bazar günləri nəvələrini onun yanına baxmağa gətirirdilər və uşaq əskiləri onu təngə gətirmişdi. Məhz onun nəvələri məhz ilk “Pampers”i sınaqdan çıxarmış uşaqlar olmuşlar. 1961-ci ildə ilk dəfə olaraq pamperslər satışa çıxdı. Göstərilən misaldan belə, kişinin qadına nisbətən dəyişkənliyə və rahatlığa daha çox üstünlük verdiyi müşahidə olunur.
9) Dinləmə bacarığı
Qadın diqqətlə və sonadək dinləmək qabiliyyətinə malikdir. Kişi isə qadını 10-15 saniyə diqqətlə dinləyir və axıradək dinləmədən dərhal cavablandırır.
10) Ünsiyyət
Qadınlar insan münasibətini daha incə mənimsəyir, xırda detallara daha həssas reaksiya verirlər, nəinki kişilər. Əgər kişilərdə uğur qazanmaq və məqsədə çatmaq birinci yerdədirsə, qadınlarda ilk növbədə ətrafla münasibətdir. Ətrafdakılara diqqət – həqiqi xanımlığın ən cəlbedici xüsusiyyətlərindən biridir. Kişi göz yaşına, pis iştahaya və ya qeyri-adi sükuta fikir verməyə bilər. Lakin qadından bütün bunları gizlətmək çox çətindir. Qadınlar üz ifadəsindən daha yaxşı “oxuyur”, həmsöhbətinin əhval-ruhiyyəsini daha tez anlayır və daha həssas olur.
Kişilər daha aqressiv, qadınlar isə daha münaqişəlidirlər.
Qadınların nitqi kişilərlə müqayisədə daha mürəkkəb, bitkin və tamdır. Ümumiyyətlə, qadınlar dilçilik və qrammatikada güclüdürlər. Buna səbəb nitqi idarə edən beyinin sağ yarımkürəsinin daha yaxşı inkişaf etməsidir.

Mənbə: cazibe.info
Top