Nevrozu təbii vasitələrlə yox etməyin yolları

Nevrozu təbii vasitələrlə yox etməyin yolları

Hal hazırda nevroz çox yayılmış pozulma sayılır. Nevroz psixoterapevt tərəfindən müalicə olunur. Mütəxəssis xüsusi psixoterapevtik metodikalardan istifadə edir, müəyyən dərman preparatları təyin edir.
Müalicə ilə yanaşı bəzi xalq təbabəti vasitələrindən də istifadə etmək olar. Bu vasitələr çox yaxşı müalicəvi effekt verir.
Nevrozu yox etməyin yolları
  •     2 x.q. pişikotu, 2 x.q. razyana, 2 x.q. yemişan qarışdırılır. Qarışıqdan 1 x.q. götürülür, üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində stəkanın 1/4 hissəsi olmaqla 4 dəfə yeməkdən 20 dəqiqə əvvəl içilir. Növbəti gün yeni dəmləmə hazırlanır və qəbul edilir. Müalicə kursu — 1 ay.
  •     2 x.q. çobanyastığı, 2 x.q. nanə, 2 x.q. dazıotu, 2 x.q. kəkotu, 2 x.q. pişikotu qarışdırılır. Qarışıqdan 1 x.q. götürülür, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində stəkanın 1/4 hissəsi olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl gündə 4 dəfə içilir. Müalicə kursu — 1,5 ay.
  •     Müalicəvi vannalar. Yuxarıda göstərilən qarışıqlardan 5 xörək qaşığı götürülür, termosda 2 l qaynar suda dəmlənir, süzülür və ilıq vannaya əlavə olunur. Belə vannaları hər gün yatmazdan əvvəl 10 gün ərzində qəbul etmək lazımdır. Sonra 10 gün fasilə verin və yenə 10 gün ərzində vanna qəbul edin.


Mənbə: xanimaz.blogspot.com
Top