Karma qanunu

Karma qanunu

Ətrafımızda baş verənlərin dövr etməsi Karmadır. Nə edirsənsə onu da geri qazanırsan. Odur ki, ətrafınıza, düşüncələrinizə diqqət edin və qanunlarla tanış olun!
Səbəb və təsir qanunu
Nə əkərsən, onu da biçərsən! Başqalarına nə arzu edirsənsə, özün də onu yaşayacaqsan. Başqalarına sevgi və hüzür arzulayırsansa, əlbəttə ki, özün də eynisini yaşayacaqsan. Yəni səbəbsiz heç bir şey olmur. Nəsə pis bir şey yaşayanda bunu da fikirləşin: Bəlkə mən başqasına bunu arzulamışam nə vaxtsa?
Yaradılış qanunuKarma qanunu
Bizim istəklərimiz, dostlarımız, ətrafımız yaşadıqlarımıza gətirib çıxarır. Sən Kainatsan! Düşüncələr və niyyətlər səni yaradılışın təkamülü ilə qəlibləşdirər. Əhatəndəkilər sənin bir hissəndir. Ona görə də əhatəndəki insanlar, yaşayış sənin formalaşmağında bir başa amildir və əhatəndə düzgün insanların olmasına diqqət etmək sənin öhdəliyindir.
Təvazökarlıq qanunu
Nəyisə qəbul etməsən belə, o olduğu kimi qalacaq. Yaxşı və ya pis, həyatın nəticələrindən asılı olmayaraq, yoluna çıxan hər bir şeyi qəbul etməlisən. Mövcud şəraitləri qəbul etməli və üzərində çalışmalısan. Hər şey bir səbəblə olur və nə olursa yaxşılığımıza görə olur.
İnkişaf Qanunu
Öz inkişafımız hər şeydən üstündür. Sənin gücün öz əlindədir. Almaq istədiyiniz dərs, həyatda etmək istədiyiniz hər şey və kim olmaq istədiyiniz- hamısı sadəcə sənin əlindədir.
Öhdəlik Qanunu
Bizim həyatımız öz etdiklərimizdən ibarətdir, başqa heç bir şeydən. Öhdəlik sizindir! Bu günümüz – müvəffəqiyyət, uğursuzluqlar – öz işlərimizin nəticəsidir. Həyatınızı dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi və ətrafınızı dəyişmək lazımdır.
Birləşmə qanunu
Kainatda olan hər bir şey əlaqədədir, kiçik və ya böyük- heç fərq etməz! Keçmişin, gələcəyin və hal hazırki həyatın bir biri ilə əlaqədardır. Elə bu səbəbdən də əgər bir şeyləri dəyişdirmək istəyirsənsə o zaman onları dəyişdirməyə indidən başla!
Fokuslanma Qanunu
Mənfi fikirlərlə həyatınızda irəliləyə bilməzsiniz. Fikrinizdə müsbət düşüncələriniz yoxdursa, ruhən inkişaf edə bilməzsiniz. İstədiyiniz vəzifələrə və məqsədlərə nail olmaq üçün tam fokuslanmağınız mütləqdir. Özünə güvən və pozitiv ol!
Qonaqpərvərlik və paylaşmaq Qanunu
Öz fədakarlıq və həqiqi niyyətini göstər.İnandığınız nədirsə, siz ona çevrilərsiniz. Siz insanlar üçün fədakarlıq etməyi bacarırsınızsa, o zaman insanlar da sizin üçün fədakarlıq edərlər. Paylaşmağın sevinci, sadəcə almağın sevincindən qat qat daha gözəldir. Yəni uğur və gözəl həyat üçün aldığınız qədər verməyi də bacarmalısınız!
Dəyişmə Qanunu
Tarix onu dəyişməyənə qədər təkrarlanır. Şüurlu bir öhdəlik həyatınızın gedişini dəyişdirmək üçün lazımdır və bu sizi istədiyiniz yerə aparacaq. Nümunəni pozmaq və həyatınızda təkrarlanan hadisələr çarxından çıxmaq üçün dəyişiklik etmək mütləqdir!
Burada və indi Qanunu
Gələcək hal hazırda əlində olanlardan ibarətdir. Keçmişdə baş verən hər şey artıq baş verib və üstünü toz basıb… Təəssüflənmək heç bir şeyi dəyişdirməyəcək. Sənin bugünün sabah artıq keçmiş olacaq. Beləliklə, keçmişinizi gözəlləşdirmək üçün bugün hərəkətə keçin. 
Mənbə: Bildirchin.az
Top