Utancaq insansınızmı?
Utancaqlıq, ətrafınızda yad insanlar olduğu zaman özünü gərgin və bacarıqsız hiss etməkdir. Kim oluruqsa olaq, elə vaxtlar olur ki, hamımız utancaqlıq hiss edirik. Məsələn, iş yerindəki ilk gününüzdə, bir yığıncağa getdiyiniz zaman və ətrafınızda olan hər kəs yad ikən ya da xoşunuza gələn, əks cinsdən olan insanın yanında olarkən, hətta dinləyici kütləsinin qarşısında çıxış edərkən hamımız bu hissi yaşayırıq.
Utancaq olduğumuz vəziyyətlər qarşısında bir sıra fiziki əlamətlər; üzün qızarması, tərləmə, ağız quruluğu, döyüntü, nəfəs kəsilməsi, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi problemlər yaranır. Bu məqamda ağıldan keçən düşüncələr “gücsüzəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, qayğılı olduğumu bəlli etməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəs tərəfindən bəyənilməliyəm” kimi düşüncələrdir.
Utancaqlıq hissi ilə qarşılaşdığımız zaman, çoxumuz, özümüzü qorumaq üçün müəyyən davranışlar formalaşdırırıq. Kimimiz təkcə dayanmağa üstünlük veririk. Bəzilərimiz içinə qapanır. Bəziləri isə, ümumiyyətlə sosial həyatdan uzaq qalmağa çalışır. Bu kimi davranışları davam etdirmək sizi rahat hiss etdirsə də, probleminizi aradan qaldırmayacaq. Məsələn, sizi utandıran bir vəziyyətdən qaça bilərsiniz, lakin bu davranışlarınız sadəcə öz beyninizdə qurduğunuz rahatlıqdan başqa bir şey deyil. Yad adamlardan və sosial dəvətlərdən qaçdığınız müddətdə günün sonunda yenə eyni insan olaraq qalırsınız. Yəni nə özünüzü inkişaf etdirə bilirsiniz, nə də yeni sosial əlaqələr qura bilirsiniz.
Özünüzdən əmin olmadığınız müvzuları müəyyən edib, özünüzü həmin mövzularda inkişaf etdirin. İnamsızlıq hiss etdiyiniz vəziyyətlərlə bağlı özünüzü inkişaf etdirməyə nə qədər çox vaxt ayırsanız, utancaqlığınız da təbii olaraq o qədər itəcəkdir.
Bir çoxumuz hansı mövzularda yaxşı olduğumuza diqqət etmək yerinə, yaxşı olmadığımız mövzulara diqqət edirik. Bu səbəbdən də ətrafımızdakıları təsirləndirəcək bacarıqlarımız olmadığını düşünərək özümüzü bacarıqsız hiss edirik. Artıq bundan əl çəkib, güclü olan tərəflərimizi görməyin vaxtıdır.
Utancaqlıq hiss etdiyiniz yerdən qaçaraq qurtulmağa çalışmayın. Nəticədə, bu sizin utancaqlığınıza çarə olmayacaqdır. Bu vəziyyətlə üzləşməyə çalışın. Sizdə qorxu yaradan bu vəziyyəti inkişaf etmək üçün köməkçi bir lövhə olaraq istifadə edin.
Mənbə : qadinla.com