Mən uğurun yolunu bilmirəm. Ancaq uğursuzluğun yolunu bilirəm – bu digərlərinə xoş gəlməkdir.
Kişi yaxud qadın məntiqi yoxdur, düşünə bilmək yaxud düşünə bilməmək qabiliyyəti var.
Əsl düşmənini tanımaq istəyirsən? Güzgüyə bax. Onu yensən digərləri qaçacaqdır.
Dostla söhbət maraqlıdır, düşmənlə faydalı.
İşdən çıxmağın tək vacib səbəbi var – şəxsi inkişafın mümkün olmaması.
Yetişməmiş şəxsiyyət çox zaman bilir ancaq bacarmır. Yetişmiş şəxsiyyət bilir və bacarır. Bu səbəbdən birinci tənqid edir, ikinci isə yox.
Dost və düşmənlə ancaq xoşbəxtliyini bölüş. Dost sevinəcək, düşmən kədərlənəcək.
Əgər kiməsə nə isə sübut etmək istəyirsənsə deməli özün üçün yox, onun üçün yaşayırsan. Əgər özün üçün yaşayırsansa heç kəsə nə isə sübut etmək ehtiyyacı yoxdur.
Əgər insanların sənə olan münasibətini bilmək istəyirsənsə onlara planların və arzuların haqqında danış. Səni sevən yol göstərəcək, sevməyən tənqid edəcək.
Kiminləsə danışanda bil ki, o özü haqqında yaxşı fikirdədir.
Müəllif : Mixail Litvak, psixoloq Mənbə: tibb-dunyasi.com