İt, dəyənək, sufi

İt, dəyənək, sufi

Bir nəfər sufi geyimli şəxs yolla gedəndə qarşısına bir it çıxır. O öz dəyənəyi ilə iti vurub yaralayır. İt ağrıdan zingildəyib müdrik Əbu Saidin yanına şikayətə gedir.

İt öz yaralı ayağını göstərib müdrikdən onu nahaq vuran sufi ilə onun arasında hakim olmağı yalvarıb xahiş etdi. Müdrik sufiyə dedi :
— Ey başıboş insan, bu dilsiz məxluqla da belə rəftar etmək olarmı?
— Mənim bir günahım yoxdur — deyə sufi etiraz etdi
— İt özünü mənim paltarıma sürtüb çirk etdi, ona görə də vurdum.

İtin haqsızlıqdan öz incikliyini gizlədə bilmədiyini görən müdrik itə dedi:
— Axirətə qədər bu incikliyin qalmasın deyə, gəl mən sənə bir qarşılıq verim. İt cavabında dedi:
— Ey böyük müdrik hakim, mən bu adama yalnız ona görə yaxınlaşdım ki, o, sufi geyimində idi. Adi geyimdə olsaydı mən ona yaxınlaşmazdım. Mənim yeganə səhvim, sufi geyiminin onun həqiqət qulluqçusu/yolçusu olduğunu özümə təhlükəzlik kimi qəbul etməyimdədir. Əgər sən onu cəzalandırmaq istəyirsənsə onu sufi/mömin geyimindən məhrum et.

İt özü yolun müəyyən səviyyəsində idi. İnsanın itdən mütləq və həmişə yaxşı olmasını düşünmək özü səhvdir…
Top