İlk dəfə idi ki, yolu bu incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu böyük qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ildə yığdığı pulla bu tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər də baxdıqdan sonra bu rəsmi çəkən rəssamı tapdı.
- Bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm, ancaq olan pulum budur.
Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi bükərək oğlana verdi. Bu vaxt salonda rəssamın dostları da var idi. Dostlarından biri təəccüblə ona: “Sən nə etdin? O rəsmin qiyməti milyonlar edərdi”, - dedi. Rəssam cavab verdi: “Haqlısan, bəlkə də, mən bu rəsmə milyonlarını verə biləcək yüzlərlə adam tapa bilərdim, ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa bilməzdim”...
P.S. Bu yazını oxuduqdan sonra düşünün və bəzən kiçik gördüyümüz şeylərin belə, əslində nə qədər qiymətli olduğunu unutmayın!