Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir.
Monomaniya xəstəıiyi müxtəlif növlərə ayrılır:
1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır.
2. Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə.
3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülmüşdür. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar.
4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir.
5. Vendiqo sindromu. Xəstənin insan ətinə qarşı həddən artıq istək duymasıdır.
6. Demonomaniya. Xəstə kiminsə cin və ya iblis tərəfindən izlənildiyini düşünür.
7. Otello sindromu. Xəstədə həddən artıq qisqanclıq olur, həyat yoldaşının, həqiqi olmasa belə, onu aldatdığını düşünür və bunu sübut etməyə çalışır.
Ədəbiyyatda monomaniya:
Edqar Allan Po'nun yaradcılığında monomaniyaya tez-tez rast gəlinir. Nümunə olaraq Berenika, Qara pişik, Qırmızı ölümün masqası hekayələrini göstərmək olar. Fyodor Dostoyevskinin «Cinayət və Cəza» romanında da monomaniyanın növlərinə rast gəlinir.
Muxtar Haşim