Empatiya hissinin təkamülü

Empatiya hissinin təkamülü

Bir vaxtlar ABŞ-ın bir prezidenti özünün qəribə mimikası ilə məşhur idi. Nəzarət etdiyi bir emosiya ilə o öz alt dodağını dişləyir və auditoriyaya “mən sizin acınızı duya bilirəm” mesajını göndərirdi. İstər bu görüntü səmimi olsun, ya da olmasın buranın məsələsi deyil, məsələ bizim başqalarının çətin vəziyyətindən necə təsirlənməyimizdir.

Empatiya hissi bizə kifayət qədər tanış bir hissdir ki, bu hissdən məhrum olanların zehni cəhətdən xəstə olduğu qərarına gəlirik. Filmlərdə istər-istəməz obrazların bütün aspektlərini duymağa çalışırıq, böyük bir gəmi batanda ümidsizliyə qapılırıq və insanlar aşiqlərinin gözlərinə baxanda xoşbəxtlik hissi keçiririk.

Biz empatiyaya o qədər alışqınıq ki, onun nə qədər böyük bir şey olduğunun da fərqinə varmırıq, yenə də insan cəmiyyəti üçün çox vacibdir. Əxlaqımız ondan asılıdır: Bir insan özünü mental olaraq başqalarının yerinə qoya bilmə qabiliyyətinə sahib olmadan Bibliyanın “özün üçün nə gözləyirsənsə, başqalarına da onu et” qanununa əməl edə bilər ki?.. Ona görə də məntiqlisi belə düşünmək olardı ki, birinci bu mental bacarıq formalaşıb ki, Bibliyanın da bu qızıl qanunu ortaya çıxa bilib. Başqalarının qarşı empatiya hissinin ən qalıcı tərifi Adam Smit tərəfindən “əzab çəkənlə yerlərimizi xəyali olaraq dəyişdirmək” olaraq formullaşdırılıb.

Hətta Adam Smit, iqtisadiyyat elminin atası və öz marağını güdməyin iqtisadiyyatın qan damarı olduğunu qeyd edən insan belə öz-marağın və empatiyanın konflikt təşkil etmədiyini qeyd etmişdi. Empatiya bizi ilk növbədə sadəcə emosional olaraq başqalarına kömək etməyə vadar etsə sonralardan onların vəziyyətini anlamağa da vadar edir.

Bu bacarıq bizdə təkamülləşib, çünki bu bizim əcdadlarımızın həyatda qalmasına iki yöndə kömək edib. İlk növbədə, hər bir məməli kimi biz də öz övladlarımızın ehtyiaclarına qarşı həssas olmalıyıq. İkincisi isə bizim növümüz birgəlikdən asılı olub və biz daha sağlam, daha bacarıqlı qrup tərəfdaşları ilə əhatə olunarsaq daha uğurlu olmuşuq. Onların qayğısına qalmaq bizim öz maraqlarımıza xidmət edib.

Heyvanlarda empatiya 
Empatiya hissinin insanlarda sadəcə biz şimpanzelərdən ayrıldıqdan sonra ortalığa çıxdığını düşünmək çətin olurdu, əksinə bu daha qədim olmalıdır. Heyvanlarda olan empatiya hissinin nümunələri bizə insanlarda olan bu bacarığın qədim təkamüli tarixi olduğunu göstərir.

Təkamül çox nadir hallarda nəyisə kənara tullayır. Strukturlar dəyişikliyə uğrayır və ya başqa funksiyalara uyğunlaşır. Balıqların ön üzgəcləri hal-hazırda dırnaqlara, pəncələrə, qanadlara və əllərə çevrilib. Bəzi hallarda struktur öz əhəmiyyətini itirir və lazımsız olur, lakin bu çox uzun bir prosesdir və xüsusiyyətlə nadir hallarda yox olurlar. Beləliklə bizə balıqların ayaq sümüklərinin və ya ilanların çanaq sümüklərinin qalıqlarını tapırıq.

Son bir neçə onillikdə biz heyvanlarda empatiya hissinin bir çox sübutlarını görmüşük. Bu sübutlardan biri araşdırmaçı Carolyn Zahn-Waxler dən gəldi. Bir neçə ailədə araşdırma apararkən psixoloq kiçik uşaqların ailə üzvlərinin emosiyalarına nə reaksiya verəcəklərini araşdırırdı və insanlara da özlərini ağlayırmış kimi göstərməyi tapşırmışdı və nəticə olaraq gördü ki, evdəki heyvanlar da uşaqlar qədər qorxu hissi keçirirlər.

Heyvan empatiyasının ən güclü sübutu isə Jules Massermanın başçılıq etdiyi psixiatrlardan gəldi. Araşdırmaçılar 1964-cü ildə report etdilər ki, rezus meymunları öz yoldaşlarını narahat edir deyə onlara ərzaq çatdıra biləcək zənciri yuxarı dartmaqdan imtina etmişdilər. Bu primatlar öz yoldaşlarının əziyyət çəkməməsi üçün özlərini aclığa düçar etmişdilər.

İnsanabənzər meymunlar isə hətta daha çox diqqətəlayiqdilər. 1925-ci ildə Robert Yerkes qeyd etdi ki, onun bonobosu öz xəstə şimpanze yoldaşına qarşı çox narahat və qoruyucu idi və deyirdi ki, yəqin ki, elmi cəmiyyət onun bu iddiasını qəbul etməyəcək və meymunları ideallaşdırdığını deyəcəklər.

Primatologist Nadia Ladygina- Kohts da özünün gənc şimpanzesi Conidə eyni empatik tendensiyaları görmüşdü. Kohts deyirdi ki, Coni evin əlçatmaz yerlərinə girəndə o ağladığını göstərsə Coni bütün işlərini kənara atır və qaçaraq ona tərəf gəlirdi və özünü günahkar kimi hiss edirdi.

Bu müşahidələr göstərir ki, primatların emosional əlaqədən başqa başqalarının vəziyyətini dərk edə bilmək və onların perspektivindən baxa bilmək bacarığı var. Bu mənada bir maraqlı report bonobo Kuninin yaralı bir quşu Twycross zooparkında tapıb və götürüb və onu ağacın ən yuxarısına aparıb, onu qormuşdu və daha sonra sağaldığını görəndə havaya buraxmışdı. Yəqin ki, Kuni quşların uçduğunu izləmiş və quşlar üçün uçmağın ən uyğun olduğunu bilmişdi və beləcə Smitin insanlar haqda dediyinin bir insansı meymun nümunəsini vermişdi.

Bu o demək deyil ki, bizdə ancaq belə nümunələr var. Bu mövzuda bir çox sistematik araşdırmalar da aparılıb. Təsəlli vermək şahid tərəfindən aqressiyanın qurbanına qarşı rahatlıq verici davranışdır. Məslən şimpanze A şimpanze B yə hücum edərsə, bunu görən şimpanze C gəlir və B yə dəstək olmağa çalışır. Yüzlərlə araşdırmanın nəticəsində biz görmüşük ki, təsəlli dəfələrlər baş verir.

Empatiya necə təkamülləşmiş ola bilər?
Çox böyük ehtimalla empatiya bütün məməlilərdə olan valideyn qayğısının kontekstində təkamülləşmişdir. Öz vəziyyətlərini ağlayaraq və gülümsəyərək göstərən körpə insanlar öz qayğıya qalanlarını hərəkət etməyə məcbur edirlər. Bu digər primatlara da aiddir. Bu interaksiyaların həyatda qalma baxımından dəyərini Krom adlı kar bir şimpanze də göstərir. Kar şimpanze öz övladlarının ağladığını eşidə bilmirdi və kömək edə bilmirdi, buna görə övladın qayğılarını anlayıb ona cavab verə bilmək növlərin həyatda qalması üçün çox vacib bir mexanizm idi.

Məməli təkamülünün 180 milyon illik tarixində öz övladlarının qayğılarına qalan analar məhsuldarlıqda digər anaları ötə biliblər. Öz övladlarını bəsləyən, təmizləyən, daşıyan belə bir nəsildən təkamül etdiyimiz üçün biz insan empatiyasında gender fərqliliklərini görəndə təəccüb etməməliyik.

Empatiya həmçinin kooperasiyada da vacib rol oynayır. Bir fərd kooperasiya edə bilmək üçün digərlərinin fəaliyyətlərinə və məqsədlərinə daha diqqətlə baxmalıdır. Effektiv birgəlik digərlərinin emosional vəziyyətlərini və istəklərini bilməyi tələb edir.

Zəncirdə qalmaq 
Biologiya bizi məşhur sosiobioloq Uilsonun sözünə görə zəncirdə saxlayır və bizi kim olduğumuzdan azmağa qoymayacaq. Biz öz həyatımızı istədiyimiz kimi dizayn edə bilərik, ancaq bunun davam edib-etməməsi insan təbiətinə nə qədər uyğun olmasından asılıdır.

Mən insanların nələr edib-edə bilməyəcəyini təxmin etməkdə çətinlik çəkirəm, ancaq necə bir cəmiyyət qurmaq istədyimizə qərar verəndə bu bioloji zənciri nəzərə almalıyıq.

Əgər biz digər qitələrdə yaşayan insanları da özümüzün tərkib hissələrimiz kimi görə bilib qarşılıqlılıq və empatiya çevrəsinə daxil etsə idik öz təbiətimizin əksinə getmiş olmazdıq. Məsələn 2004-cü ildə İsrailin ədalət naziri Jozef Lapid İsrail ordusunun minlərlər Fələstin ailələrinə aid olan evləri məhv etməsini sorğulamışdı. O, görüntülərdən təsirlənmişdi. Deyirdi ki, TV-də dağıntılar altında öz vacib dərmanını axtaran qoca bir qadını görəndə demişdi: “Bəs bu qadın mənim nənəm olsa idi nə hisslər keçirərdim”. Onun nənəsi Xolokast qurbanı idi.

Buna baxmayaraq empatiya çox kövrəkdir. Heyvanlarda öz daxili icmalarına qarşı münasibətlərdə empatiya hissləri oyansa da, başqalarına qarşı münasibətlərdə asanlıqla yox ola bilir. Şimpanzernin başqa bir diri meymunun başını ağacın kökünə çırpması empatiya nümunəsi deyil. Heç bir meymun eyni vaxtda bütün varlıqlar üçün təəssüf hissi duymağa nail ola bilməz və bu eyni ilə insanlara da aiddir. Biz düşmənlərdən nifrət etməyə, tanımadığımız insanları nəzərə almamağa və bizim kimi olmayanlara güvənməməyə təkamülləşmişik.

İnsanlar bir-birlərini öldürəndə biz onları heyvan adlandırıq, lakin bir-birlərinə kömək edəndə isə bunu insaniyyət adlandırırıq. Bilməli olduğumuz odur ki, insan təbiəti öz daxilində pisi, yaxşını, çirkini cəmləşdirir.

Taryel Abdullayev
Top