Ananın səssizliyi

Ananın səssizliyi

Axşam anamla atam televizora baxırdılar. Anam “Artıq gecdir, mən yatmağa gedirəm,” - dedi. Qalxdı, mətbəxə getdi. Meyvə boşqablarını yudu. Sabaha hazır olsun deyə, çaydanı doldurdu, dəmliyə çay atdı. Şəkər qabına baxdı. Dibində az qalmışdı, doldurdu. Səhər yemək üçün soyuducundan çörək çıxardı. Axşama buzu açılsın deyə, əti buz yerindən aşağı qoydu. Stolun üstündəkiləri yığışdırdı. Telefon dəftərini örtüb, yerinə qoydu.

Sonra paltaryuyan maşından yaş paltarları çıxarıb asdı. Maşını yenidən doldurdu. Hamamdakı zibil qabını boşaltdı. Yaş dəsmalı qurumaq üçün asdı. Bir köynək ütülədi, qopmuş düyməsini tikdi. Gülləri suladı. Sonra yataq otağına üz tutdu. İş stolunun yanından keçərkən dayandı. Əyilib stolun altına düşmüş dərs kitabını götürdü, stolun üstünə qoydu. Resept dəftərini çıxartdı. Rəfiqəsinə söz verdiyi keks reseptini bir kağıza yazıb, çantasına qoydu. Dükandan alacağı ərzaqların siyahısını tutdu. Sonra o siyahını da çantasına qoydu.

Sonra gedib üzünü yudu, dişlərini fırçaladı. Qapıları, pəncərələri yoxladı. Dəhlizdəki işığı yandırdı. Qardaşımın otağına getdi. Qardaşım yatmışdı. İşığını söndürdü, köynəyini asdı, yerdəki kirli corablarını toplayıb, səbətə atdı. Mənim yanıma gəldi. “Artıq yat, sabah işləyərsən,” - dedi. Öz otağına getdi, saatı qurdu, ertəsi gün geyəcəyi paltarları hazırladı... Bu vaxt atam televizoru söndürdü. Eləcə, “Mən yatıram”, deyib gedib yatdı.

P.S. Analarımızın qiymətini bilək...

Top