Şiddət, sahib olunan gücün və hakimiyyətin bir insana, bir qrupa, özünə, bir fikrə, həyat tərzinə, fiziki və psixoloji olaraq yaralanmaya, itkiyə səbəb olacaq bir formada müəyyən yollarla tətbiq olunmasıdır. Duyğular davranışlara istiqamət verə bilir, amma insanın duyğularını hansı istiqamətə yönəltməsi, hansı davranışı sərgiləməsi özünün seçimində, nəzarəti altında və öz məsuliyyəti daxilində olur. Dolayısi ilə qısqanclıq, əsəb, hirs duyğuları insani duyğular olsa da, şiddəti təmsil edir.
Nəzər nöqtəsi də məhz bu duyğular üzərində olmalıdır. Əgər bir davranış əsəbi vəziyyəti sərgiləmək, hirsini boşaltmaq, nifrət hissini bildirmək, alcaltmaq, cəzalandırmaq, güc göstərmək, insanı kontrol altında saxlamaq ücün sərgilənirsə, bu davranış şiddət tətbiqidir.
Şiddətin fərqli növləri vardır:
Fiziki şiddət
Təmas, bir əşya, hər hansı bir vasitə ilə və ya bir heyvan, ya da fiziki üstünlüyün istfadəsi ilə qorxuducu, təhdid edici bir bədən dili, yüksək səs tonu fiziki şiddətdir. Yumruq, təpik, itələmə, bağırmaq, sıxışdırma, bir yerə bağlama, təhlükəli yerdə bilərəkdən saxlama, qorxduğu şeylərlə baş-başa buraxma, yaralayıcı, kəsici alətlərlə və ya silahla təhdid etmə ya da zərər vermə ən çox yayılan şiddət növləri arasındadır.
Psixoloji şiddət
Davamlı olaraq aqressiv davranış, birinə nifrət hissini aşılamaq, hissləri ilə oynamaq, yetərsiz hiss etdirmək, günahlandırmaq, alçaltmaq, başqalarının yanında təhqir etmək, sevdiyi şeylərdən məhrum etmək, zəif nöqtələrini bilib və qorxularından istifadə edərək, əleyhinə istifadə edərək təhdid etmək və ya qorxutmaq, sevdiyi şeyə ya da onun üçün dəyərli olana zərər vermək psixoloji şiddətin ən yayılmış formalarıdır. Güc göstərib cəzalandırmaq və özünü pis hiss etdirmək məqsədi güdən münasibət və davranışlar da psixoloji şiddət anlamına gəlir. Küsmək, danışdırmamaq, tərk etmək, tərk etməklə təhdid etmək və aldatmaq da psixoloji şiddətidir.
Cinsi şiddət
Razılq olmadan və insanı narahat edən hər cür cinsi münasibət, yaxınlaşma və cinsi münasibət cinsi şiddətdir. Xüsusilə təcavüz, istəmədiyi zamanda və istəmədiyi şəkildə toxunmaq, cinsi münasibətə məcbur etmək, istəmədiyi halda pornoqrafiya izlətmək, bir obyekt və ya bir heyvan istifadə edərək cinsi istismara təhrik etmək cinsi şiddətdir. Məcburi hamilə buraxmaq, istəmədiyi hamiləliyi davam etdirməyə məcbur etmə və ya istədiyi hamiləliyi sonlandımaya məcburiyyət ən ağır cinsi şiddət heasb olunur.
Ekonomik şiddət
Maddiyatın bir güc, kontrol, alçaltma, cəzalandırılma, ayrıseçkilik vasitəsi olaraq istifadəsi şiddət növüdür. Şəxsin işləməsinə, pul qazanmasına icazə verməmək, çalışaraq yüksəlməsinə mane olmaq, iş həyatına bilərəkdən mane olmaq, aldığı məvacibi əlindən almaq, şəxsi pulsuz buraxmaq və ya az miqdarda pul verib ehtiyaclarını az miqdarla ödəməsini gözləmək, kreditə məcbur etmə və kredit üçün məcburi zamin saxlama ekonomik şiddət hesab olunur.
Texnoloji şiddət
İnrerneti və sosial paylaşım saytlarını istfadə edərək, bir fikrə, dəyərə, irqə, bir insan haqqında yalnış məlumat vermə, ittiham etmə, bir insanın görüntüsünü yaymaq və ya görüntünü yaymaqla təhdid etmə texnoloji şiddətin yayılmış formalarıdır. Mobil telefon vasitəsi ilə hər an harda oldugunu izləmə, əlaqə proqramlarının ən son istifadə saatlarını yoxlan, mesaj göndərərək və ya təkrar zəng etməklə istismar etmə, mesajların yoxlanılması və ya icazəsiz oxumaq, elektron poçta və sosial mediya şifrələrinin sındırılması da texnoloji şiddətdir.
Ailədaxili şiddət
Eyni dam altında yaşayan və ya uzaq-yaxın qan bağı ilə bağli olan ailə üzvlərinin birinin digərinə göstərdiyi münasibət — əsasən, fiziki, psixoloji, sosial, cinsəl və ekonomik şiddət ünsürü iç-içə yaşanan sistematik şiddət növüdür. Ailədaxili şiddətin qurbanı isə əsasən uşaqlar və qadınlardır. Bəzən də yaşlı nəsil və ya yeniyetmələrdir. Alkoqol və ya narkotik qəbulu ailədaxili şiddətə səbəb olur. Şiddət sərgiləyən münasibət və davranışdan heç kim sığortalnmayıb.
Müəllif: Psixoloq Turan Əliheydərova
hekimtap.az