Hər mədəniyyətdə, ölkədə, ailədə normal olan ana-uşaq münasibətləsinin pozulması nəticəsində uşaqların psixologiyasına təsir edir.
Prof. Nebi Sümer hələ körpə ikən ana sevgisinin və uşağın ehtiyaclarının qarşılanmasının uşaqda “Mən dəyərliyəm” fikrini yaradacağını qeyd edir.
Körpə və uşaq olarkən qurulacaq əlaqələrin yetişkinlik dövründə qurulan yaxın münasibətlərə də təsir etdiyini deyən professor münasibətlərin bəzilərinin çox güvənli, bəzilərinin isə həddindən çox bağlı və ya soyuq ola bildiyini deyib.
Hər işə qarışan ana uşağa pis təsir edir
Erkən vaxtda yersiz müdaxilələri olan bir ana ilə böyüyən uşağın, ona yaxın olaraq var olduğunu hiss etdirməyə çalışdığını deyən professor uşağın böyüdükdən sonra qarşı cins ilə olan münasibətlərə təsir etdiyini, anasına yapışdığı kimi qarşı cinsə də eyni cür davrandığını qeyd edir. Güvənli ailə manasibətlərinin qayğını azaltdığı və diqqəti artırdığını deyən professor Sümer xüsusilə, soyuq və məsafəli anaların uşaqlarının gələcəkdə başqaları ilə yaxın olduğunu və isti münasibətə maneə olduğunu deyib.
Ana ilə övlad arasındakı əlaqələr zəif olduqda uşağın gələcəkdə hər yerdə güvən axtardığını, başqaları ilə münasibət zamanı xırdalıqlara belə fikir verdiyini qeyd edən professor “Yersiz, çox müdaxilə edən ya da soyuq anaların uşaqları həm uşaqlıq, həm də yetkin dövrdə daha çox ağlayır, problemlərini ağlayaraq, sızlayaraq həll etməyə çalışırlar. Depressiya və stresə daha yaxın olurlar. Soyuq və məsafə saxlayan anaların uşaqları isə problemləri görməzdən gələrək uzaq dururlar, inkar edirlər”-deyib.