İnsan biopsixososial varlıqdır – eyni zamanda fenomendir. 3 əsas komponent onu idarə edir- bioloji, psixoloji və sosial. Hər komponent özündə özünə uyğun tələbatlar yığınını ehtiva edir. Cəmiyyətin diktəsi altında yaşayaraq, müdafiə mexanizmlərimizi işə salaraq hər addımımızı sosiuma uyğun bir şəkildə şərh edirik. Lakin başqa prizmadan baxsaq görəcəyik ki, bugunku Super Eqo bizi normadan biraz çox narahat edir.
Sərhədlərin əsrlər boyu formalaşması onların artıq adət ənənəyə çevrilməsini sığortalıyıb:
Üçlü hakimiyyət (maitrise)- şərab, eşq, və qonaqlıq (qida qəbulu). Təmkinlik, Sokratın (Dövlət) təlimlərinə əsaslanaraq hədəfin nailiyyəti üçün üç istiqamətdə reallaşmalıdır. Bu problem Aristotelin “Nikomaxov etikasında”, və həmçinin “Ziyafətdə” müzakirə olunur. “Artıqlıq” – İd – əsas düşməndir və bu ehtiyac cəmiyyətdə qurulmuş əxlaq kodeksinə diktə edə bilər. Sokratın fikrincə, əlaqənin iy və toxunma hissləri üç məqamda belə düşman kimi ümumi çıxış edə bilər (fizioloji prinsip). Fuko, “cinsi ehtiyac” analayışını qabardaraq, “bioloji tələbatdan sui-istifadə” anlayışıyla bu anlayış bağlayır. Bu arada “seksuallığın həddən artıq bolluğu” anlayışı qidanın qəbulunun həddən artıq bolluğuyla və qida davranışının asosiallığı ilə müqayisə haqqında fikrə yönəldir.
Enkrateia (təmkinlik, özünü idarə) – insanın elə xüsusiyyətləridir ki, öz arzularının üzərində idarə prosesidir ki, hakimiyyəti tamamilə öz əllərinə alır. Bu kontinuumda Super Eqonun inkişafı aktivdir və arzularla mübarizəyə yönəldilmişdir. Burada passiv sıxışdırıb çıxarma görünmür, ehtimal ki, dərk etmə və öz arzularına müqavimət daha çox rast gəlinir. Həmçinin daha ağıllı sophrosune forması kimi görünə bilər – yəni kamallılığın nailiyyəti yolunda mübarizə və qələbə. Digər tərəfdən sophrosune ilə eyni səviyyədə anlayışlardan biri kimi baxıla bilər, yalnız passiv deyil və hədəfə daha çox yönəldilmiş. “Nikomaxov etikasında” Aristotel, hesab edir ki, əsasən nə enkrateia qeyri-həssaslığın və artıqlığın arasında balansı (ortanı) tapmağa bacarıqlıdır.
“Dünya iradə və təsəvvür kimi” əsərində Şopenqauer insanı metafizik heyvan kimi görür. İnsanın heyvan aləmindən fərqlənməsi, onun əql və düşüncəyə sahiblənməsi insanı bütüb o biri aləmdən ayırır. Onun fikrincə insanın yalnız bioloji deyil, həmdə metafizik tələbatları olur. Bu tələbatlar insanlarda daha dərin biliklərə nail olmağa şans verir: Özünə aid suallar və xaricə yönəlmiş fikirlər. Belə təsəvvür edə bilərik ki, Super Eqodada bizim müəyyən tələbatlarımız var. İdeal mənə can atma- özü bir yöndə tələbat və istəkdir. Yalnız İddə deyil, həmdə super Eqoda tələbat istək sistemi yaranır.
İnsan iki alternativ arasında yaşayır: xoşbəxt olmağa çalışmaq, mədəni şüurun bütün şərtiliklərini tullayıb, bütün baryerləri keçib və bütün öz arzularını azad reallaşdıraraq, və ya daim bu halda məhdudiyyətlər və qadağalar rastlaşaraq, özünü yatırdılmış, azad olmayan və dərin bədbəxt hiss edərək mədəniyyətin və sivilizasiyanın nailiyyətlərindən istifadə etmək. Dahi Nizaminin sözləri: “Bir inci saflığı varsa da suda, Artıq içilende derd verir su da.” Istəklərimizi boğma, bizdə gələcəyə dair bütün baxışları dəyişməyə malik bir kapkandır. Çalışın İdə şans verin və Eqo və Super Eqonu balanslıyın və o zaman təmzinlənmiş həyatı əldə edə biləcəksiz.
Aydan Xasməmmədzadə
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, psixoanalitik