“Şüursuzluq” anlayışının əsaslandırılmaları

“Şüursuzluq” anlayışının əsaslandırılmaları

Şüursuzun mövcudluğunu sübut etmək üçün faktlar axtarmaq lazım deyil. Şüurlu hissədə çatışmazlıqları görmək kifayətdir. Şüur səhvlərə qadirdir və bəzən hər hansı bir suallara tez-tez cavab vermir. Məsələn: Bu suala cavab yoxdur: “Mən nəsə istəyirəm, amma bilmirəm nə”. Şüur assosiasiya gücünəcaab vermək iqtidarında deyil, lakin bu işi ideal formada şüursuz yerinə yetirir. Cavablarsız qalan bu proseslər həm sağlam, həm də xəstə insanlara məxsusdur.

Məhz şüursuz öz funksiyalarının icra edilməsində şüura kömək edir – məntiqi əlaqəyə bütün prosesləri gətirmək. Freydin fikrincə, bütün olanlar əvvəlcə gizli – latent formada, amma bir müddətdən sonra şüur vəziyyətinə keçir. Sübutlar kimi psixi avtomatizmləri gətirmək olar. Əlbəttə, hipnoz istifadəsi və postqipnotik təlqin etmə şüursuzun mövcudluğunun ən böyük sübutu kimi xidmət edir.

Psixoanaliz sübut edir ki, şüursuz axan proseslər, bir-birindən müstəqillikdən istifadə edirlər, və öz aralarında bağlı deyillər, və bununla yüksək inkişaf etməsi müşagidə olunur. Bununla nəticə çıxarmaq olar ki, yalnız ikinci, üçüncü, dördüncü mövcud deyil, şüurun sonsuz miqdarı var.

Psixoanaliz sübut etdi ki, gizli-latent proseslər şüurumuzda lan proseslərə tam əks kimi çıxış edir. Buna görədə, biz gizli proseslərin mövcudluğundan mühakimə edə bilərik,ama hansılardan, biz izahatlar verə bilmirik.

“Yuxu şüursuzluğa aparan krallara layiq yoldur.” İlk yuxu yozmalarını elmi formada izah edib, psixoloji vəzziyət, psixi pozuntuları yuxudan alan informasiya ilə müalicə edən insan məhs Ziqmund Freyd olub.

Bəzən azad assosiasiyanın verədiyi məlumatı yuxu verir. Çünkü yuxu, insanın İdinin tələbətlaranın heç olmasa bir hissəsinin ödənməyinə yönəlib. Əslində rahatlaşma effektinə malik olan yuxu insanlara onların aktual və ya “yuxuya” getmiş problemlərini yada salırlar.

Bəlkə də, anası bilərəkdən onu Qızıl Ziggi adlandırırdı, çünkü bilirdiki, gələcəyin dahisini böyüdür.

Aydan Xasməmmədzadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, psixoanalitik
Top