Aşağılıq və Üstünlük kompleksi

Aşağılıq və Üstünlük kompleksi

Aşağılıq kompleksi – insanın özünü digərlərindən yetərsiz olduğunu düşünməsi hissidir. Belə adamların çevrəsi ilə arası çox da yaxşı olmur. Onlar daim özlərini isbatlamağa, təsdiq etməyə çalışırlar. Ünsiyyətə girməkdə çətinlik çəkirlər, çox zaman özlərinə qapalı olurlar. Ailədə həddindən artıq sevgi görən uşaqlarda isə özünü digərlərindən üstün tutma hissi – üstünlük kompleksi yaranır.

Üstünlük kompleksi – özünün digərlərindən daha özəl, daha əlçatmaz, daha fərqli olduğunu aşırı dərəcədə düşünməsi hissidir. Bu tip insanlar özlərini cəmiyyətdən şüurlu şəkildə təcrid edir, tək olmağa meyilli olurlar. Çox insanlarla ünsiyyətə girmirlər. Çünki həmin insanları özlərinə uyğun bilmirlər. Digərlərindən üstün olduğunu həddindən artıq düşünmə hissi getdikcə eqoistliyə çevrilir, tənhalığa gətirib çıxarır və bəzəndə insanların depressiyaya düşməsinə səbəb olur. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər.

Freyd psixoseksual nəzəriyyəsinə əsaslanaraq komplekslərin izahını vermişdi. Onun fikrincə uşaqlar 3-6 yaş arası öz cinsiyyətlərini dərk edirlər. Freydin nəzəriyyəsinə əsasən bu yaş müddətinə qədər həm oğlan, həm də qız uşaqlarının ana-ataya münasibəti eyni dərəcədə olur. Lakin, 3-6 yaş arası bu münasibət müəyyən dərəcədə dəyişir. Belə ki, oğlan uşaqları daha çox analarına meyilli olurlar, anasını atasından qısqanırlar, ataya qarşı gizli aqressiya duyurlar. Qızlarda isə əksinə, atalarına daha çox meyilli olurlar, atasını anasıdan qısqanırlar, ana ilə rəqabətə girirlər. Freyd oğlanlarda bu kompleksi Edip kompleksi, qızlarda isə Elektra kompleksi adlandırdı.

Bu komplekslər 6 yaşdan sonra unudulur. Ancaq Edip kompleksi güclü olan oğlanlar gələcəkdə anasına oxşar, anasının xüsusiyyətlərini daşıyan qızla ailə qurmağa, Elektra kompleksi güclü olan qızlar isə əksinə, atasına oxşar, onun xüsusiyyətlərini daşıyan oğlanla ailə həyatı qurmağa üstünlük verirlər. Bu müddət ərzində valideynlər həmin uşaqlara nəzarət etməlidirlər. Bəzən bunu valideynlər anormal hal kimi qəbul edib bəzi cəzalar verirlər. Bu gələcəkdə uşağın psixikasında ciddi problemlər yarada bilər.
Top