Həyatımızda bəzən gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, elə bil öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir və belə vəziyyətə dejavu vəziyyəti deyilir.
Dejavu — insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır.
Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir.
Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.
Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır.
Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır).
Aysel Məmmədzadə