Qədim hekayə

Qədim hekayə

Misirdə kasıblar üçün nəzir yığan adam var idi.Çox yoxsul bir adamın uşağı doğulur.O,nəzir yığandan pul istəyir.Nəziryığan çox adama ağız açır,ancaq heç kim kömək etmir.O,yoxsulla birgə qəbiristanlığa gedir və məzara yaxınlaşıb deyir: "Allah sənə rəhmət etsin! Vaxtilə çox çalışmısan,mən isə körpə uşağa yardım istədim,heç nə vermədilər". Nəziryığan bir dinarı çıxarıb iki yerə bölür və yarısını yoxsula verib,deyir: "Bunu sənə borc verirəm,əlinə pul gəlsə qaytararsan". Həmin gecə nəziryığan məzarına getdiyi adamı yuxuda görür. Mərhum ona deyir: "Səni eşitdim. Get evimə və uşaqlarıma de ki, ocağın altını qazıb oradan bir qın çıxarsınlar. Onun içində 500 dinar var. Bu pulu ver o yoxsula"...
Səhər nəziryığan mərhumun evinə gedib,yuxusunu danışır. Evdəkilər göstərilən yeri qazıb,oradan qını çıxarırlar. Həqiqətən də orada 500 dinar var idi. Nəziryığan deyir: "Əslində bu pullar sizindir,mənim yuxum hökm edə bilməz". Ancaq mərhumun yaxınları deyir: "Rəhmətlik əzizimiz ölü ola-ola əliaçıqlıq göstərdiyi halda,biz sağ ola-ola əliaçıq ola bilm ərik?". Nəziryığan 500 dinarı götürüb həmin yoxsula verir və hər şeyi olduğu kimi ona danışır. Lakin yoxsul yalnız bir dinarı götürüb iki yerə bölür və yarısını vaxtilə nəziryığanın ona verdiyi yarım dinarı qaytarır: "Mənə bu kifayət edər,qalanını isə yoxsullara payla".
Top