"Duyğu aclığı" sindromu

"Duyğu aclığı" sindromu


Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə yemək yedikdə ac olmadığınız halıda belə nəsə yemək istəyirsiniz, televizor qarşısında sıx-sıx yemək yeyir, gecələr yatarkan yerinizdən qalxıb, özünüzü soyuducunun qarşısında tapırsınızsa, siz yeni bir psixoloji sindiromla qarşı-qarşıyasınız.

Psixoloqların fikirincə, əslində bu mədədəki, aclıq hissindən deyil “duyğularınızın aclığ”ından dolayı baş verir. Bu sindiromdan əsasən iş həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə bəxti gətirməyən, maddi durumu yerində olmayan insanlar əziyyət çəkir.

Sindiromun əlaməti olaraq kimsə yemək yedikdə həmin insana qoşulub yemək arzusu, ən sevdiyiniz yemək yeyildikdə ondan yeməsəniz özünüzü çox pis hiss edirsiniz.Bekarçılıqdan yəni məşğuliyyət olsun deyə yemək yeyirsiniz.Televizora baxdıqda yemədən dura bilmirsiniz və gecələri tez- tez qalxıb yemək yeyirsinizsə, deməli siz də bu sindiromdan əziyyət çəkirsiniz.

Belə psixoloji müddətlərdə serotonin və dopamin maddələri insan orqanizmində əhval-ruhiyyəni idarə edir. Dopamin azlığı yaşayan insanlar həyat enerjisini itirmiş, kefsiz, daxilinizdə sanki bir boşluq varmış kimi özlərini hiss edir.

Serotonin aclığı çəkən insanlar isə narahat və gərgin olur, hər zaman nələrinsə yolunda getmədiyini düşünürlər. Əslində “duyğusal aclığa” orqanizimdə bu iki maddənin əksikliyi səbəb olur. Bunun nəticəsi olaraq insanlar daha çox karbohidrat və yağlı qidalar tükətməyə həvəsli olur. Bunun ən ağır əlamətləri olaraq, stress, gərginlik, titrəmə, baş gicəllənməsi, tərləmə, bulanıq görmə, baş gicəllənməsidir.


Bu halların aradan qaldırılması üçün günəşli havada yaxudda açıq havada gəzmək bədənin D vitamini deposunu gücləndirmək lazımdır. Karbohidratlardan isə daha çox qara olanlardan istifadə edin. Beləki, ağ çörək əvəzinə qara çörək, düyü plovu əvəzinə bulğur plovu yemək məsləhətdir.

Proteinə olan təlabatınız artığından az miqdarda yumurta və qatıq, yağlı pendirlə qidalana bilərsiniz. Bu vəziyyət həddindən artıq gərginləşibsə, həır hansı bir mütıəxəsisə müraciət etməyiniz məsləhətdir.
Top