Xərçəng diaqnozu qoyulan xəstədə, bu problemə qarşı həll etmə və reaksiya verməklə bağlı psixoloji problemlər yaranır. Xərçəngin varlığı xəstədə və yaxınlarında həyata dair bütün sahələrdə müəyyən formada travmaların ortaya çıxmasına səbəb olur. Normal şərtlərdə kənardan anlaşılmayacaq psixoloji problemlər proqressivləşir və daha diqqət çəkən bir vəziyyət alır.
Bu mərhələdə həkimin və digər səhiyyə işçilərinin vəzifəsi həm ailəyə həm də xəstəyə bu problemi həll etmə, normal həyat tələbatlarını yerinə yetirə bilmə mövzusunda kömək edəcək. Bu istiqamətdən baxdıqda xüsusiləşmiş şəxslər (psixiatr, psixoloq) xaricində onkoloq-həkim, digər işçi heyyət və xəstəyə dəstək olacaq yaxınlarının da mövzu ilə bağlı məlumatlandırılması vacib amil hesab olunur.
Xərçəng xəstəliyindən əziyət çəkən xəstədə itkilər və buna qarşı göstərilən reaksiyalar:
Xərçəng xəstələrində xəstəliyin və terapiyanın yaratdığı çətinliklərə bağlı olaraq maddi və mənəvi bəzi itkilər yaşanır. Ümumiyyətlə, xəstəlikdən qaynaqlanan sağlamlığın itirilməsi, fiziki bütünlüyün pozulması, narahatlıq və fiziki şəklin pozuntusu ən çox rast gəlinən itkilərdir.
Xəstənin özündən və ya mühitindən qaynaqlanan səbəblərlə yaxın dostlarının uzaqlaşması halı ortaya çıxa bilər. Bunun səbəbi xəstənin müalicə məqsədli olaraq davamlı yaşadığı məkanı tərk etməsi, dostları tərəfindən rədd edilməsi və ya öz xəstəliyindən dolayı başqalarının əziyyət çəkməməsi istəyi ilə izolə etməsi ola bilər. Görülməsi lazım olan gündəlik fəaliyyətlərdə itkilər məsələn, şəxsi baxımın əksikliyi, iş itkisi, fəaliyyətlərinə vaxt ayırmama kimi vəziyyətlər ortaya çıxır. Maliyyə itkiləri müalicə ehtiyaclarının qarşılanması səbəbiylə və ya işdən uzaqlaşma səbəbiylə özünü biruzə verir. Sonra fərdin özgüvəni və “niyə mən?” sualıyla birlikdə dini inanclarında azalma müşahidə edilir. Bu qədər narahatlıq yaradan itkidən sonra xəstənin özündə və yaxınlarında müxtəlif davranışların yaranmaması demək olar ki mümkünsüzdür. Bu davranışlar aşağıdakı şəkildə açıqlana bilər:
Əsəbilik və düşmənçilik ən çox rastlanılan reaksiyadır. Mənbəyində xəstəliyə qarşı hirsin həkimlərə, tibb işçilərinə və yaxınlara əks olunması dayanır. Xəstə və yaxınları tez-tez o an daxilində olduqları vəziyyətdən daha əvvəl terapiya və baxımlarını müşahidə edən şəxslərin məsul olduqlarını günahlandırıcı formada ifadə edirlər. Ümumi narahatlıq vəziyyəti ilə agitasiya, konsentrasiyanın aşağı düşməsi, yuxu problemləri, kompulsiv (təkrarlayıcı) davravranışlarla özünü göstərir. Bu vəziyyət xəstədə mövcud olan subyektiv simptomlardan ağrını daha da artırır. Günahkarlıq reaksiyalarında özünü və ətrafındakıları günahlandırma ortaya çıxır və xəstəliyinin hansı günaylarından qaynaqlandığını araşdırar.
Sui-istifadə vəziyyətində isə xəstə ətrafından davamlı güzəşt etmələrini istəyər. Bəzən bu işi o qədər çox edirlər ki bu istəkləri qarşılamaq imkansız olur. Ən çox istənilən isə onlara məxsus davranışların edilməsidir. Beləliklə, xəstə yaşadığı itkiləri qarşılaya biləcəyini düşünür. Daxilə yönəlmədə xəstə xəstəliyini artıq qəbul edib. Lakin edilən hər növ müdaxiləyə və xəbərdaredicilərə laqeyd yanaşır. Depressiya bəlkə də göstərilən reaksiyalar daxilində ən mənalısıdır. Yuxusuzluq, anoreksiya, geri çəkilmə, psixomotor geriləmə göstərir.
Terapiyanı aparan komanda tərəfindən demans və ya beyin metastazı mümkünlüyü qarışdırıla bilər. Bunun üçün ayırıcı diaqnozu diqqətlə dəqiqləşdirmək lazımdır. Asılılıq vəziyyətində isə geriləyən sağlamlıq halı ilə müqayisəli olaraq xəstə öz funksiyalarını özü etməməyə başlayır və ətrafdakıların köməyinə ehtiyac duyur. Lakin bu vəziyyət xəstə tərəfindən şüuraltı formada irəli aparılır, tam asılılıq halına gətirilə bilir. Nəticədə xəstə öz-özünü yataqdan asılı vəziyyətə gətirə bilir. Psixoz görülmə nisbəti də nadir deyil və farmakoterapiyanı tələb edir.
Dəyərləndirmə və yanaşma
Xəstənin və yaxınlarının davranışlarındakı dəyişikliklər ən əsas mərhələlərdəndir. Buna görə də duyğusal risk faktorları dəyərləndirilməlidir. Daha əvvəlki duyğusal problemlərin varlığı, ona uyğun stress mənbələri tədqiq edilməli və yığılan məlumatların varlığı ortaya qoyulmalıdır.
Əvvəlki xəstənin itkilər qarşısında necə reaksiya verdiyi öyrənilməlidir. Çünki əvvəlkilərə qarşı yaradılmış yanaşma modelləri təkrar istifadə oluna bilər. Yenə xəstənin fərdlərlə münasibətləri və özünə qarşı davranışları araşdırılmalıdır. Çünki ünsiyyət bacarıqları məhdud olan fərdlərə daha fərqli yanaşmaq lazım ola bilər. XƏstənin rutin fəaliyyətə dəyişiklikləri (cinsi fəaliyyət nizamı daxil) öyrənilməli, ailəsindən başqa dəstək alacağı şəxs və ya qurumların mövcudluğu öyrənilməlidir.
Əsas olaraq tibbi personalın xəstəyə qarşı simpatik, anlayışlı dinləyici olması vacibdir. Tibbi problemlər tam şəffaflığı ilə izah olunmaslı, başa düşülməyən məqamlar təkrarlanmalıdır. Xəstə ilə birlikdə hədəflər müəyyənləşməli, depressiyadakı və ya anksiyetə halındakı xəstəyə birbaşa yanaşılmalıdır. Xərçəng müalicəsi üçün yanaşmalarda elastik olmalı, alternativlər təqdim edilməli, xəstənin seçimlərinin də nəzərə alındığı vurğulanmalıdır. Cinsi həyatın davam ediləcəyi, xərçəngin keçici bir xəstəlik olmadığı pasiyentə başa salınmalıdır. XƏstə bütün bu yanaşmalara rəğmən problemli davranışlarını davam etdirirsə, onkoloji sahədə təcrübəli bir psixoloq ilə konsultasiya böyük əhəmiyyət daşıyır.
Nəticədə onkoloji sahədə çalışan bütün tibbi personalın sadəcə xərçəngin deyil, onun gətirdiyi psixo-sosial yükün fərqində olması lazımdır. Qaçılmaz sona gedən fərdlərin bu yoldakı addımlarında əllərindən tutan şəxs olmalı və bu yolu onlar üçün rahat bir vəziyyətə gətirməlidir.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi