Onlar yollarına davam edirlər. Bir az yol gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost çayda az qalır ki boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn kimi daşın üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi»? Şillə vuran, eyni zamanda dostunu xilas edən bir az fikirləşəndən sonra dostundan soruşur: «Mən sənin xətrinə dəyəndə bunu qumun, həyatını xilas edəndə isə daşın üzərində yazdın. Nəyə görə?». Dostu ona belə сavab verir: «DOSTUMUZ bizi inсidəndə bunu qumun üzərində yazmalıyıq ki, küləklər onu poza bilsin. Anсaq bizə yaxşılıq olunanda isə, bunu daşın üzərinə həkk etməliyik ki, heç bir külək onu poza bilməsin!».