Uşaqlara tualet vərdişinin öyrədilməsi

Uşaqlara tualet vərdişinin öyrədilməsi

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:

• Fikir verin uşağınız gündüz vaxdı sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə

• Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə

• Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa

• Günorta yuxusundan artıq altını islatmadan qalxırsa

• Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə

Əgər sizin də övladınız yuxarida sadaladığım hərəkətləri edirsə deməli onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrədə bilərsiniz. Vacib məqamlar :

1. Vaxtı uzatmayın (qonaq gedəcəm,qonaq gələcək, rayona gedəciyik və s bu kimi bəhanələrdən uzaq olun).

2. Uşağınıza münasib karaşok alin. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün xoşlayırlar ki, ayaqları yerə dəysin. Karaşoku evin hər yerində gəzdirməyin. Onu ya hamama, uşağın öz otağına, ən son olaraq koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağınızı o vaxt mükafatlandıra bilərsiniz ki, məs:deyin ki bu gün tualetin gələndə mənə de gedək tualetimizi edək. Günün sonuna kimi siz dediyinizə əməl etsə onda onu sevdiyi bir şeylə mükafatlandırın. Bu şiriniyyat ola bilər.Əgər uşaq oturmaq isdəmirsə onu güclə otuzdurmayın.

3. Uşağınız oyuncaqlar vasitəsiylə tualet vərdişini öyrədin. Məsələn:oyuncaqları düzün kimisi tualetə getsin, karaşoka otursun və s.

4. Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə komək etməsinə icazə verin. Məsələn siz karaşoku boşaldın o isə unitazın sifonunu çəksin.

5. Qətiyyən uşaqlarınıza tualetlərini etdiyi zaman qışqırmayın,acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki bizim əsas məqsədimiz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətməkdir. Əgər bu mərhələdə uşaqlara travma versəniz o bunun gələcək həyatına mənfi təsir edəcək.

«Düşüncə» jurnalı 

Top