Uşağınız sizi vurursa bunları edin

Uşağınız sizi vurursa bunları edin

Uşağınız tünd xasiyyətləşib sizə vurduğunda ona necə davranacağınızı bilməyirsinizsə yazımızı oxumanızda fayda var.

Evinizdə şiddətə yer olmadığını idrak etməsini təmin edin
Onsuz da vurmaq kimi bir vərdişi olan uşağa “biz heç kimi vurmuruq!” deməyin heç bir məntiqi yoxdur. Əslinə baxarsınız bu üsul sizi daha təsirsiz və nüfuzsuz bir vəziyyətə salar. Çünki “biz heç kimi vurmuruq!” doğru olsaydı əgər, uşağınız sizə vurmazdı. Fiziki baxımdan təcavüzkar uşaqlarla maraqlanarkən, zəiflik göstərərək uşağa vurmaması üçün yalvarmaq yerinə, hirsli hiss etmənin normal, ancaq vurmanın qadağan olduğunu qəti bir dillə izah etmək lazımdır.

Uşağınız sakitləşdikdən sonra onunla qərarlı və dəqiq bir şəkildə danışın: “Bilirəm əsəbiləşirsən, çox hirsin var. Bu böyük duyğularla kimsəni incitmədən başa çıxa bilməyin üçün sənə kömək edəcəyəm. Səni çox hirsləndirən şeylərlə mən maraqlanacağam; ancaq anaya vurmaq qadağandır.”

Uşağınızın yaxşı istirahət etmiş və qidalanmış olduğundan əmin olun
Uşağınız yorğundurmu? Acdırmı? Uşağınızın ani reaksiyaları və hücumları, mədəsinin boş olduğu zamanlara bərabər gəlir ola bilər. Bu problemli davranışların təqibində olun. Yatmaq saatından dərhal əvvəlmi? Yorğun düşməməsi üçün bir az daha erkən yatmasını təmin edin.

Uşağınızı diqqətinizdən və marağınızdan məhrum qoymayın
Uşağınıza, diqqətinizi və marağınızı, sürətli bir qucaqlama ya da kiçik bir gülümsəmə kimi sadə və asan hərəkətlərlə, gün boyunca kiçik dozalar halında verməyi unutmayın. Uşağınızla bütün qarlılıqlı təsiriniz vəzifələrin tamamlanması haqqında olduğu zaman – “əllərini yudunmu?”, “tapşırıqlarını etdinmi?” kimi – uşaqlarınızı onları nə qədər çox sevdiyinizi anlaya biləcəkləri kiçik, sevimli sözlərdən məhrum buraxmış olarsınız. Özlərini sizə yaxın və bağlı hiss edən uşaqlar ümumiyyətlə sizi məmnun etmək üçün əllərindən gələni edərlər.

Uşağınızın hərəkətləri daşqınlıq halına gəldiyi an, sözlərinizi məhdudlaşdırın
Uşağınız əsəbiləşməyə başladığı an, istifadə edə biləcəyiniz sehrli sözlər yox təəssüf ki, idarəsini itirdiyində, duyğu fırtınası dayanmadan sakitləşə bilməsi az qala qeyri-mümkündür. Bu vəziyyətdə edə biləcəyiniz ən məqbul şey, uşağınızı idarə altına almağa çalışmaq və ikinizin də təhlükəsizliyini təmin etməkdir.

Uşağınızın təcavüzkarlığını bəsləyən duyğularına xitab edin
Hirsli bir uşaq, ümumiyyətlə canı yanan bir uşaqdır. Yaralı insan, yaralar. Onu ən son partlamasının səbəbi olduğunu iddia etdiyi şey haqqında gerçəkləri söyləməyə dəvət edin. Müdaxilə etmədən və tövsiyə vermədən dinləyin. Diqqətlicə dinləmək, uşağınızı nəyin narahat etdiyini tapmanıza köməkçi olacaq; bəlkə də məktəbdə yaşadığı xoşa gəlməz hadisələr üzündən pozulan sinirlərini rahatlaşdırmaq üçün ehtiyacı olan problemi həll edə biləcəksiniz.
Top