Uşağı döymək olarmı?!

Uşağı döymək olarmı?!

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

   Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:

  • Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.
     
  • Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
     
  • Uşaq, valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
     
  • Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

  Bəzi hallarda ana-ataların uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapmadıqlarının hamımız şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:

  • Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.
  • Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa- üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən döymək çox zərərlidir. Bu ana-ataya deyil zülümkara yaraşır. Uşağa vurmağın əslində zərərli olduğu və ancaq aşağıdakı hallarda son çarə olaraq muraciət edilə bilərlər.
  • Uşağın başqasına qəsdən və bilərək zərər verərsə;
  • Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)

  Yenə də, əsas qaydamızı təkrarlayaq:

  Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda sözlə izah etməli, xüsusilə vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı qəti istifadə edilməməlidir!

  Sonda isə onu demək istərdim ki,uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın nə qədər mümkünsüz görünsə də uşağa xətər yetirmədən böyütmək mümkündür.

 Psixoloq, Narınc Rüstəmova

Top