Qrafologiya

Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.

Qrafologiyadan vakansiyaların seçimində, ailədaxili münasibətlərdə, kriminalistikada, hərbi xidmətdə, hüquq-mühavizə orqanlarında, partnyorların və qrup üzvlərini seçilməsində geniş istifadə etmək olar.

Qrafoloji analiz üçün tələb olunan əsas şərtlər aşağıdakılardır:

  • Yazı ağ, standart formatda, xəttlərsiz kağızda yazılmalıdır.
  • Yazı diyircəkli qələmlə, yaxud da mürəkkəbli basma qələmlə yazılmalıdır.
  • Yazı ən az 15-20 sətrdən ibarət olmalıdır.
  • Yazının sonunda yazanın imzasının olması vacibdir.
  • Yazı rəngli karandaş, flamastr və ya markerlə yazılmamalıdır.
  • Yazının məzmunu vacib deyil.
  • Yazı düz masa üzərində, oturaq vəziyyətdə yazılmalıdır.
  • Yazanı məcburən yazdırmaq olmaz.
  • Yazı yazılan otağın şəraiti nəzərə alınmalıdır.

Adi xətt xarakter haqqında çox şey deyə bilər! Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə, demək şəxsi eksperimentinizə başlaya bilərsiniz. Elektron poçtun yaranması ilə biz daha çox elektron məktublar göndəririk. Amma buna baxmayaraq əlinizə yazılı məktub düşən kimi onu götür-qoy edin. Faktiki olaraq kağızda yazıya baxıb, onun müəllifi haqqında çox şey öyrənmək olar!

Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.

yazılarımız xarakterimiz barədə məlumat verir

Boşluqlar

Boşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.

Sahələr çox genişdir?  Bu alicənablığa, pafosa, dəbdəbəyə işarədir.

Sətrin istiqaməti

  • Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat,  səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.
  • Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.
  • Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.
  • “Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.
  • Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır.

Qələmi bərk basaraq yazmaq

  • Basmaq adi mürəkkəbli qələmlərin sahibləri üçün səciyyəvi deyildir. Əgər mətn qu tükü ilə yazılıbsa, dəqiq söz demək mümkündür.
  • Qələmi basaraq yazanlar adama yovuşan, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əmək sevərdirlər.
  • Yüngül basma romantik, böyük maraq dairəsi olan adamlar üçün tipikdir.

Hərflərin ardıcıllığı

Bütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə, ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.

Hərflərin istiqaməti

  • Hərflərin azacıq sola meyilli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar.
  • Hərflərin sola meyilli olması sahibinin “İki nöqteyi-nəzər var,səhv və mənim “fikrinin daşıyıcısı olduğuna işarədir.
  • Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.
  • Hərflərin sağa meyilliliyi konkret məqsəd və sabitlikdən danışır. Əgər həyatınızdakı kişi belə yazırsa, ehtiyatlı olun! Ehtimal ki, o,  tez sevən və qısqancdır.
  • Şaquli xətt (meyilsiz) fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.

Hərflərin ölçüsu

  • Böyük hərflər ( 3 mm-dən çox)- belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.
  • Orta hərflər(təxminən 3 mm) –buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.
  • Kiçik hərflər (2 mm-dən az)-böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.
  • Yadda saxlamaq vacibdir ki, əsl informasiyanı 25-45 yaş arası insanların xəttindən almaq olur.

Hərf öz-özlüyündə heç bir məna ifadə etmir. O yalniz söz daxilində mənaların yaranmasında iştirak edir. Biz beynimizdə əvvəlcə mənanı təsəvvür edirik, sonra onu kağız üzərinə köçürdərək maddiləşdiririk.

Amma qrafologiyada tam tərsinədir, hər bir hərf müəyyən məna kəsb edir. Müəyyən qədər analız edilərək sınanılmış bir neçə hərflərin mənasını verək:

“K” hərfi özünə diqqət və qadınlıq hisinin dərəcəsini ifadə edir.Əgər bu hərf basqısız və dartılmış yazılıbsa, sağa meyl edirsə, yuxarı ucu uzun, aşağı ucu qısadırsa  bu insanın  yüksək zövqlü, orijinal, füsunkar olmasını göstərir. Əgər bu hərf bəsqı ilə yazılıbsa, yuxarı ucu qısa, aşağı ucu isə aşağıya  uzunırsa bu insanın sərt xatakterli olduğunu, cəsarətliliyini, öz fikirlərini bölüşdürməyi sevməməsini göstərir, kamilliyini göstərir.

“M” hərfi insanın cəmiyyətdə motivlərinın dərəcəsini bildirir. Əgər “M” hərfinin birinci tili uzun, ikinci tili qısadırsa bu zaman insan ani zövqlər üçün münasibət qurur, idman, təhsil, biznes sahəsində müvəqqəti qələbələrlə kifayətlənir. Bu tip insanlar qərarlı və duyğusal olurlar. Həyatlarından razı olurlar və bu həyat tərzlərində dəyişiklikləri sevmirlər.

Əgər ikinci til hündürsə o zaman insanlarda təsir buraxmağı, qeyri-adiliyi, müxtəlifliyi sevirlər. Bu tip insanlar həm şəxsi həyatlarında, həm də iş həyatlarında monotonluğu sevmirlər.Hər yerdə yenilik və orojinallıq axtarırlar.

“O” hərfi insanın xarakterini ifadə edir. Əgər yazıda “O” bütöv, qapalı yazılırsa bu xətt sahibinin xarakterinin tamamlandığını, Öz “Mən”-ni qorumağa çalışdığını, cəmiyyətin təsiri altında olmamasını, ünsiyyətdən xoşlanmamasını göstərir.

Əgər “O” hərfi sol tərəfdən aralanıbsa bu zaman insan adət etdiyi yerlərdə özünü rahat hiss edir, hər bir yenilikdə, dəyişiklikdə o əsəbiləşir, çünki keçmiş uğursuzluqlarını unuda bilmir.

Əgər “O” sağ tərəfdən aralanıbsa bu zaman insan  öz “Mən”-indən qaçaraq özünü yeni tanışlarda axtarmağa çalışır, keçmişindən qopmağa

 çalışır.Uzunmüddətli əlaqələrdən tez bezir.

Əgər “O” hərfi təpə hissədən aralanıbsa bu insan diqqətdə olmağı xoşlayır, öz çatışmayan cəhətlərini bəzən o qədər maskalayır ki, bununla insanları özündən daha da uzaqlaşdırır.

Alt hissədə aralanma varsa bu daxili travmanı, assosiallığı, müəyyən potoloji haların olmasını ifadə edir.

“T” hərfi insanın məqsədliliyini əks etdirir. Əgər bu hərf  koliqrafik yazılıbsa, bu xətt sahibi  hər şeyə öz prizmasından yanaşır, xırdaçıdır, fəlsəfi düşünür. Əgər “T” hərfi çap şəklində əyməsiz yazılıbsa, bu insan praktikdir, mobildir Hərfin baş hissəni örtən xəttin ucu yuxarıya qalxırsa bu xətt sahibi məqsədinə əmindir, əks halda isə inamsızdır. Hərfin uzunluğu  xətti ilə müqaisədə kiçikdirsə insan məqsədsiz, əks halda məqsədlidir. Hərfin uzunluğu xətti ilə müqaisədə çox uzundursa yüksəd iddialığı bildirir.

“A” istedadlılığını bildirir

“L” intuisiyasını bildirir.

“U” dostluq və sevgi münasibətlərini bildirir.

“E” hərfi insanın özünü müdafiə mexanizmini bildirir.

“P” daxili psixoloji və fiziki bünövrəni bildirir.

“R” aqressiyanı bildirir.

Hərflərin özəl əlamətləri

Yuxarıdan açıq hərflər – xeyirxahlıq, sülhsevərlik, etibarlıq, nəzakətlilik əlamətidir.İnsanların problemlərinə qəlbən yanaşır, empatiya duyğusuna sahibdirlər. Dərin münasibətlər qurur, çətinliklə sevdiklərindən ayrılırlar.

Aşağı hissədən  açıq hərflər – yalançılıq, ikiüzlülük əlaməti.

Qapalı hərflər – özünəqapanma, introvertlik əlaməti, tənhalığa meyl.

Cümlənin baş hərfi böyükdürsə- özünüsevərlik, özünü yüksək qiymətləndirmə,müstəqilliyə meyl.

Hədsiz böyük olarsa- tiranlıq, despotluq əlamətidir.

Qısa və enli hərflər- hassaslığı

Enli, hündür hərflər-nümayişkarlıq, aktyorluq.

Dar və hündür -hərflər səxavətlilik, comərdlik, xeyirxahlıq, işgüzarlıq.

Sıxılmış hərflər – xəstəlik, yorgunluq, ağıldan kəmlik.

Xırda hərflər – güclü yaddaş, elmilik.

Bərabər ölçülü – praktiklik, fiziki güc.

Qeyri-bərabər –artistlik qabiliyyəti, çeviklik, verbal imkanlar, hoqqabazlıq, natarazlıq.

Çox dairəvi – həyatsevər, dostcanlı, ünsiyyətcil, çoxdanışan.

Çox küncvari – sərtlik, acıdillik.

Çubuq vari- aqressivlik, davakarlıq.

Kvadrat hərflər – diktatorluq, hakimiyyətseverərlik.

Ilk hərf sızdən ayrı yazılırsa – intuitiv təbiətli insandır, gələcəyi hiss edir, gərəkli tədbirləri görür.

Tez-tez görünən qırıqlar – (3-4 hərfdən bir) qəlbin rahatlılığını,məntiqi düşüncəliliyi bildirir.

Çox oval və dartılmış hərflər – inadkarlığı, iddialılığı, güclü  şəxsiyətin varlığını bildiri

Imzaya gore xarakteriniz

Şəxsiyyətin imzasına görə müəyyən etmək olurmuş.

1. Yuxarı istiqamətlənmiş imza-insanın enerjili, temperamentli, optimist olduğunu xarakterizə edir.

2.Üfiqi istiqamətlənmiş imza- ağır xasiyyətə, sadiqliyə, mətin, vəfalı olmağa işarədir.

3. Aşağı istiqamətlənmiş imza- pessimizmi inamsızlığı yerinə yetirilmiş işlərdən narazılığını ifadə edir

4. İri və gen-bol imza- xudbin və həyatın orta səviyyəli şəraiti ilə barışmayan müəllifdən xəbər verir.

5. İmzanın ilk hərfi soyadın ilk hərfi ilə uyğun gəlirsə- bu təvazökarlıq sadəlik tələblərin real imkanlarla üst-üstə düşməsinə işarədir.

6. İmzanın ilk hərfi müəllifin adının sonrakı isə soyadın ilk hərfidirse- bu işgüzarlıq məsuliyyət diqqətlilik ifadə edir.

7.İlk hərfin dolaşıq və ya müxtəlif simvolların birləşməsindən əmələ gəlməsi – müəllif gizli qapalı qalmağı xoşlamasını bildirir.Belə insanlar dostluqda seçicidirler etibar etməyənlərdir.

8.İlk hərfdə müxtəlif burulmuş cizgilər həddindən artıq bəzənmiş xətlər olarsa – şöhrətpərəsliyə ifrat dərəcədə eqoizmə gördüyü işlərin nəticələrini və özünü bəyənməyə mücərəddliyəvə abstraktlığa hər hansı bir işin mahiyyətini tuta bilməməyə işarədir.

9. Dəfələrlə təkrarlanan monoton cizgilərin imzada mövcudluğu – müəllifin yüksək enerjili elmi işlə məşğul olan qarışıq işlərdə perspektivi görə bilmək bacarığına sahib olduğunu göstərir.

10. İmzada nə qədər çox cizgi burulmuş xətt bəzədilmiş ştrixlər olarsa – bu gərginliyə son dərəcə böyük təxəyyülə geniş təsəvvürə bedii zövqə hazırcavablığa işarədir.

11. Quyruqsuz imza – mədəni zövq ədəb-ərkandan xəbər verir

12. Düz və qırıq sonluq aşağı istiqamətlənirsə — müəllifin enerjili qətiyyətli cəsarətli tabeliyində olanlarla sərt münasibətdə oldugunu bildirir.

13. Ziqzaq və ya dalğalı xətt şəkilində quyuruq – fəallıq çalışqanlıq çeviklik şən xasiyyət ayrı-ayrı məsələlərin hllinə səthi yanaşma kimi xarakterlərin göstəricisidir.

14. Aşağıdan imzanın başlanğıcına qayıdan quyruq – eqoizim və etibarsızlığın kəskin dərəcədəd olmasından xəbər verir. 

 

Müəllif: Psixoloq Zümrüd Səfərova, BDU SEP fakultəsi

Top