Saçlarınızın rəngi və quruluşu haqqınızda nə deyir?

Saçlarınızın rəngi və quruluşu haqqınızda nə deyir?

Psixoloqların fikrincə, insanın saç rəngi, forması onun xasiyyətindən xəbər verir. Əgər sevdiyiniz insanı daha yaxşı tanımaq istəyirsinizsə, onun saç rəngini yadınıza salın və aşağıdakı uyğunluqları oxuyun.
* Tünd qara rəngli saç sahibləri – qənaətcil və sərt insandırlar. Saturunun təsiri altında olan bu insanlar iradəli və güclü xarakterlərinin sayəsində əksər istədiklərinə nail olmağı bacarırlar. Dostlarına və sevgililərinə qarşı xüsusi həssaslıqla yanaşan bu insanlar eyni zamanda çox qısqancdırlar.
* Açıq qara saçlılar – yaradıcı, cəzbedici və qorxmaz insanlardır. Plutonun enerjisi qara saçlılara güc, qüdrət verir. Nə qədər güclüdürlərsə, bir o qədər də təvazökardırlar. Daim yeniliklərə can atan bu saç sahibləri tez-tez sevgili dəyişirlər.

* Xurmayı saçlılar – Onlar çox qısa zamanda ətrafdakıların etibarını qazana bilirlər. Comərd və sadiqdirlər. Sadiqliklərini ailə həyatında da sübut edən bu insanlar həm də xoşbəxt ailə sahibidirlər.
* Şabalıdı saçlılar – Yupiterin enerjisi altında olan bu şəxslər həm hakim olmağı, həm də hakimiyyətdəkilərə təsir göstərməyi əla bacarırlar. Buna görə də siyasət sahəsində özlərini sınadıqda böyük uğurlar əldə edirlər. Münasibətlərində də ipləri öz əllərinə almağı bacarırlar.
* Kürən saç sahibləri – Marsın alovlu enerjisi üzərlərində olan bu kəslər seçdikləri istənilən sahədə uğur əldə edə bilərlər. Yumor hissləri güclü olan bu insanlar, hətta ən çıxılmaz vəziyyətdə belə bu bacarıqlarından istifadə edib etrafa müsbət enerji ötürürlər. Bu şəxslərlə münasibət yaşamaq olduqca maraqlı və əyləncəlidir.
* Qızılı saçların sahibləri – Günəş enerjisinin daşıyıcılarıdırlar. Ətrafdakıların diqqətini asanlıqla özlərinə çəkə bilirlər. Özlərinin mükəmmələ yaxın olduqlarını düşünən bu insanlar daim ideal sevgili axtarışında olurlar.
* Parıltılı sarı saç sahibləri – Bu insanlar romantiklikləri və zəriflikləri ilə digərlərindən seçilirlər. Bir çox paranormal (qeyri-adi) bacarıqları olan bu insanlar özləri də bunun fərqinə çox gec varırlar. Daha çox standartdan kənar münasibət yaşamağı sevirlər və belə münasibət qura biləcəkləri insan axtarırlar.

Bəs saçının quruluşu onun haqqında nə deyir?

Saçlar nə qədər sərt, sözə baxmayandırsa, insan da ən az o qədər inadkar və davakar biridir. Bunun əksinə olaraq əgər onun saçı ipək kimi yumuşaqdırsa, deməli siz zərif, tez yolagələn tərəf müqabili ilə birlikdəsiniz.
P.S Ancaq bu o demək deyil ki, saçları bu rəngdə, bu formada olan insanlar mütləq yuxarıda sadalanan xarakterin sahibirlər. Sözsüz ki, istisnalar həmişə var.
Top