Psixoloji effektlər

Psixoloji effektlər


“Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.

Şahid effekti
Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. Əvvəllər bu əlamət şəhərə mühitindən qaynaqlanan humanistsizləşmə ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək.

Əlçatmazlıq effekti
Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə qədər əlçatmaz göstərirsə o qədər arzuolunan olur. Bu fenomenə ofislərdə, hərbi hissələrdə rast gəlmək olar. Adətən özlərini ciddi, əlçatmaz göstərən zabitlərə digərlərinə nisbətən daha çox hörmət olunur.

Piqmalion effekti
Bu terminin adı Bernard Şounun pyesindən götürülüb. Bu anlayışı ilk dəfə şagirdlərin davranışlarına müəllimlərin gözləntilərinin təsirini öyrənən Robert Rozentel və Lenor Cekobson öz əsərlərində işlədiblər.

Araşdırma müəllimlərin gözləntilərinin manupulyasiyası və məktəblilərin İQ-lərinə onların təsirinin qiymətləndirilməsindən ibarət olub. Təsadüfü seçimlə 18 müxtəlif məktəbdən şagirdlər seçilib. Seçilmiş uşaqların 20 faizi müəllimlərim tədrisdə yüksək nəticə gözlədikləri şagirdlər olub. Təcrübə nəticəsində məlum olub ki, müəllimlərin tez-tez təriflədiyi şagirdlər başqalarına nisbətən daha yüksək nəticə göstəriblər.

Hazırda bu fenomendən biznes, idman, menecerlik kimi sahələrdə daha çox istifadə olunur.

Zeyqarnik effekti
Hafizənin effektivliyinin hərəkətin və ya materialın bitmə dərəcəsindən asılı olaraq dəyişməsindən asılı olan menemonik effektdir. Bu effekti ilk dəfə 1927-ci ildə B.V.Zeqarnik aşkarlayıb. Fenomenin əsas təsiri bundan ibarətdir: insan yarımçıq qalmış hərəkətləri daha yaxşı yadda saxlayır.

İş yarımçıq qaldıqda onun əvvəlində yaranmış gərginlik xaric ola bilmir. Nəticədə həmin hadisə qeyri-iradi olaraq yaddaşa həkk olur. Bu effektdən daha çox incəsənət pedaqoqikasında istifadə olunur.

Parıltı effekti
Əgər bir adam hansısa bir situasiyada özü haqqında yüksək rəy yaradırsa bu zaman onun “ayağına” başqa müsbət keyfiyyətlər də yazılır. Yox əgər mənfi təəssürat yaranarsa o zaman bütün mənfi keyfiyyətləri ona yükləyirlər. Tələbələr arasında belə bir ifadə var: “Əvvəl sən zaçota üçün işləyirsən, sonra o sənin üçün.” Məsələ burasındadır ki, birinci və ikinci semestrlarda yaxşı oxuyan, özlərini müəllimin “gözünə soxmağ”ı bacaran tələbələr, sonrakı semestrlarda lap pis cavab versələr də müəllimlər əlavə suallarla onlara yüksək qiymət verməyə çalışırlar. 

Elnarə Ağaoğlu
Top