Xarakterimizə görə tutula biləcəyimiz xəstəliklər

Xarakterimizə görə tutula biləcəyimiz xəstəliklər

Qəribə olsa da xarakterimiz və həyata baxışımız orqanizmimizə təsir göstərir. Hətta tədqiqatlar xarakterimizə görə tutula biləcəyimiz xəstəliklərdən də xəbər verir…

Aqressivlər: Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatı boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar: İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər): Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər (bədbinlər): Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.

Dərdini içinizdə saxlayırsınızmı? Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur.

İnsaflısınızmı? Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.

Xarakteriniz narahatdırmı? Narahat xarakterli adamlar təzyiq xəstəliyinə daha çox meyilli olurlar.

Ünsiyyətcilsinizmi? Gəzməyi, insanlar arasında olmağı, söhbət etməyi çox sevən adamların ürək xəstəliklərinə tutulmaq ehtimalı daha azdır. Bu cür adamlar xəstəliklərə qarşı asan mübarizə apardıqları üçün tez sağalırlar. Ancaq bununla yanaşı, onlar köklüyə meyillikləri ilə də seçilirlər.

Zarafatcılsınızmı? Deyilənlərin əksinə olaraq, zarafatcıllıq heç də uzunömürlülükdən xəbər vermir. Bunun əsas səbəbi isə belə adamların həyatdakı təhlükələri görməməzliyə vurmaga çalışmalarıdır


Top