Dırnaq yemə vərdişinə əksəriyyət uşaqlar 3-4 yaşlarından sonra başlayırlar. (Çox nadir olaraq 5 aylıq kimi erkən bir dövrdə rast gəlinə bilər). Uşaqların 33%-də dırnaq yemə davranışına rast gəlinir.Bu nisbət erkən yetkinlik çağına qədər davam edir.
Yetkinlik çağında dırnaq yeyən uşaqların sayı 40-45%-ə qədər yüksəlir. Yəni yetkinlik çağına doğru uşaqların az qala yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi olaraq gənclərin ətrafdan təsdiq görməmələri ilə qiymətləndirilir. Ayrıca dırnaq yeyən uşaqların ailələrinin çoxunda dırnaq yeyənlərə rast gəlinməkdədir. Bunun içində dırnaq yemənin bir təqlid olduğu və böyükləri təqlid etmək surətiylə öyrənildiyi irəli sürülməkdədir. Yetkinlik çağında ictimai təsdiq görənlərin çoxu bu vərdişi tərk edir.
Dırnaq yemək bəzən ayaq barmaqlarını dişləməklə və ayaq dırnaqlarını əl barmaqlarıyla tutma ilə əlaqəli görülür. Ayaq barmağı dırnağının yeyilməsi və dişlənilməsi demək olar yalnız qızlarda rast gəlinir.
Dırnaq yemə davranışının səbəbləri
Dırnaq yemə davranışından çox bu davranışa səbəb olan hadisələri təyin etmək lazımdır.
Bu davranışın altında yatan səbəblər barmaq əmmədə olduğu kimi əksəriyyətlə psixoloji narahatlıqlardır.
Dırnaq yemə bir etibarsızlıq əlaməti olaraq qəbul edilir. Ailə içində həddindən artıq təzyiqli və avtoritar bir təhsilin tətbiq olunması, uşağın davamlı danlanılaraq tənqid olunması, qısqanclıq, kafi diqqət və sevgi görə bilməmə çətinlik və gərginlik başlıca səbəblərdir.
Ana atanın həyatı da əhəmiyyətli bir faktordur. Ana ata dolanışıqsızlıqları – ana atanın tez-tez döyüşməsi ailədəki problemlər uşaqlarda dırnaq yemə kimi davranışlara səbəb olar. Bununla bərabər ana atanın həddindən artıq narahat olması uşağı həddindən artıq dərəcədə qoruyub gözləməsi, ayrıca ana atanın uşaqlar arasında ayrı-seçkilik etməsi uşaqlar arasında qısqanclığa gətirib çıxarır. Bu da bilvasitə şəkildə özünü “Dırnaq yemə” olaraq göstərər.
Dırnaq yemə daha əvvəl ifadə etdiyimiz kimi təqlid yoluyla da əldə edilə bilən bir davranışdır. Ailədə hər hansı bir fərdin dırnaq yemə davranışı göstərməsi təbii olaraq uşağın diqqətini çəkəcəkdir. Ayrıca dırnaq yemə davranışı hadisələrə bağlı olaraq inkişaf edə bilməkdədir. Uşağı narahat edən hər hansı bir hadisə və ya ətrafda onun üçün məmnunsuzluq yaradacaq hər hansı bir vəziyyət bu davranışı göstərməsinə gətirib çıxarar.
Müalicəsi və bu davranışa qarşı tədbirlər
Ən təsirli üsul 3-4 yaşlarına qədər bu vərdişin ana və ata tərəfindən görməzlikdən gəlinməsidir. Daha sonra bu vərdiş davam etsə; uşağın gərginlik və uyğunlaşmazlıq səbəbləri yaxşıca araşdırılmalı və bunlar müəyyən olunaraq həll gətirilməli. Uşağı danlamaq, qorxutmaq, cəza vermək kimi məcburedici üsulların tətbiq olunması faydalı deyildir. Hətta bəzən daha ağır romantik problemlərin çıxmasına səbəb ola bilər.
Uşaqları qorxu qayğı yaradacaq vəziyyətlərdən uzaq tutmaq lazımdır. Kiçik uşaqların qayğı qorxuverici televiziya filmlərini izləmələri, davalı hadisələrdə olmaları uşağı həyəcanlandıracağı üçün təhlükəlidir.
Dırnaq yeyən uşaqlara gecələri yatarkən köhnə yüngül əlcəkləri geydirmək, uşaq gecə dırnaqlarını yemək və ya dişləmək istədiyində xatırladıcı olması baxımından faydalı ola bilər. Barmaq və dırnağa acı lakin zərərsiz bir maye sürtülə bilər. Bu həm xatırladıcı və həm də dırnağını ağzına apardığı zaman acı ilə birləşdiyində tərk etməyə köməkçi ola bilər.
Uşaqların marağı başqa istiqamətə çəkilə bilər. Uşaqları hərdən bir müvəffəqiyyətlərindən ötəri mükafatlandırma bəzi vəziyyətlərdə fayda təmin edə bilər. Ancaq bunun məhdud və uyğun şəkildə istifadə edilməsi lazımdır. Əks halda uşaq yeni mükafatlar almaq üçün bunu istifadə edə bilər. Dırnaq dərin kəsilə bilər. Uşağın öz dırnaq baxımıyla məşğul olması da faydalı sayılır.Bunun içində Uşağa manikür və pedikür vəsaitləri alına bilər.
Son söz və bir tədbir olaraq dırnaq yemənin və dişləmənin çox pis bir vərdiş olmadığı və bunu istəyənlərin asanlıqla tərk edə biləcəkləri uşaqlara izah edilməlidir. Uşaq buna inandırıldığı zaman bu vərdişdən imtina etmək üçün səy göstərəcəkdir. Çünki xarici faktorlar uşağın bu vərdişdən imtina etməsinə çox təsirli olmamaqla yanaşı bəzi hallarda tam əksi vərdişin kökləşməsinə və başqalarını hirsləndirmək və narahat etmək üçün bir vasitə olaraq istifadə edilməsinə səbəb olur.
Səbinə Ələkbərova