Pis xəbəri uşaqlara necə söyləməliyik?

Pis xəbəri uşaqlara necə söyləməliyik?

Ailədə nə baş verirsə versin,əksər hallarda uşaqların həqiqəti bilmək hüququ var. Baş verənləri olduğu kimi qəbul etmək böyüklərin özü üçün çətin olduğu bir anda bunu gərəkdiyi şəkildə uşaqlara necə söyləmək olar…

“İnana bilmədiyiniz, qəbul etmədiyiniz hadisə və hallara uşağin reaksiyasi necə olacaq?“, ”Bunda bizi necə günahlandiracaq?” kimi suallara cavab axtarmaq mövcüd vəziyyətə elə dözülməzdir ki.

Lakin,biz cəmiyyətdən təcrid vəziyyətdə yaşamırıq, bizimlə baş verən dəyişiklikləri onlar da görürlər. Əgər biz uşaqlarımızı gərəkdiyi anda məlumatlandırmasaq, xəbərdar etməsək bunu başqaları daha kobud və travmatik halda edəcəkdir. Ona görə bunu biz və siz valideynlər gərəkdiyi şəkildə etməliyik. 

1. Uşaqlarala nə zaman danışmalıyıq?
Uşaqlar çox həssas və diqqətli olurlar. Onların maraq dairəsi daha çox müşahidəyə və bəsit ekperimentlərə söykənir. O ilk dəfə özünü ailədə tanıyır,ailə üzvlərinin ona münasibətinə görə isə özünü dəyərləndirir. Əgər ailədə dəyişiklər baş verirsə bunu ilk olaraq uşaqlar hiss edir. Bəzən böyüklər bu zaman öz problemlərinə o qədər qap-anirlar ki,uşağin varlığını belə hiss etmirlər. Təəssüf ki,belə hallarda uşaq ya yükə,ya təziq vasitəsinə,ya da ara-sira problem yaradan canlı əşyaya çevrilir.

Uşaq özünə qarşı münasibətləri subyektiv olaraq qəbul edir. O sizin vaxtınızın,səhətinizin və maddi vəziyyətinizin problemləri haqqında düşünmür. O diqqət veriləcək,vaxt ayirilacaq,paylaşacaq bir ortam istəyir. Əgər siz uşağa zaman ayırmasanız, onun suallarına gərəkli cavabları verməsəniz, uşağın psixikasını zədələmiş olacaqsınız.

Uşaq hər bir halda suallarına cavab axtaracaq. O müxtılif fəndlərdən də istifadə edəcək. Bu sualları qonaqların içində, metroda, bağça və məktəbin girişində verəcək.

Uşağin temperamentindən asılı olaraq onun reaksiyası da fərqli olacaq. O ya özünə qapanacaq,sizə qarşı laqeyd və kobud olacaq, ya da tez-tez xəstələnməyə başlayacaq,narahatlıqlar yaradacaq. Ya da dəcəlliklər edəcək,səs-küy qaldıraraq üsyankarlıq edəcəkdir. Yaxşı olarki,siz hər bir halda onunla səmimi olasınız,onunla bərabər huquqlu,bir səviyyəli şəxsiyyətlər kimi davranasınız.

Əks halda uşaq” hər şeyə görə günahkar mənəm”, “məni artıq sevmirlər” ,” mən lazımsızam”,”ata məni heç görmür”,”onlar məni nənəmin yanına ona görə göndərirlər ki,mən pis uşağam” və s. bu kimi özünü qiymətləndirmə aşağı salan sözlər onların şüurunda özünə yer etməyə başlayır.

2. Xəbəri uşağa kim söyləməlidir?
Bunu valideynlər birgə etməlidirlər. Əgər mövcud imkanlar yoxdursa bunu mütləq uşağın çox sevdiyi,yaxın olduğu tərəf etməlidir ana ya da ata. Hər bir halda uşaqda baş verənlərə qarşı neqativ fikirlər yaratmaq olmaz. Gərəkdiyi zaman özü bunu qiymətləndırəcək. Əgər boşanma halı varsa, uşaqda ataya və ya anaya qarşı nifrət yaratmaq çox zərərlidir. Bu onun gələcək sosial əlaqəsi üçün, ünsiyyəti üçün faydalı deyil.

3. Hansı sözlərdən istifadə etməliyik?
Uşağın yaşından,intellektual səviyyəsindən,xəstəliyindən asılı olaraq bu fərqli ola bilər. Baş verənlərin müsbət tərəflərini də göstərmək lazımdır. Birbaşa pis xəbərdən başlamaq doğru deyil. Boşanmanın səbəbini günahkar tərəfin mənəviyyatsızlığından yox, xarakter və xasiyyətlərin tutmamasında bildirmək lazımdı. Uşağı buna göatan(anan) belə səndən üz döndərdi” və s. bu kimi yanlış fikirlə onların həyatını korlamayın.

Vəziyyətdən, baş verənlərdən asılı olmayaraq, Onu sevdiyinizi,onun hər zaman yanında olacağinizı övladınıza bildirin. Siz ona həyat verən şəxslərsiz. Lakin onun həyatı boyu həyat eşqini sulayan da siz olmalısınız.

Mənbə: PCC jurnalı
Günel Osmanlı
Top