Yaradıcı düşüncənin idarə edilməyən bir proses olduğu düşünülsə də, əslində bu, xüsusi qanunauyğunluğa tabedir. Massaçusetsin Texnologiya İnstitutunun nevrologiya sahəsi üzrə fəlsəfə doktoru Elis Flaerti bizim kreativliyimizin nə zaman daha yüksək olduğu barədə danışıb.
- Beyin yüksək miqdarda dofamin istehsal edir. Buna fiziki hərəkətlər, həzin musiqi dinləmək və əlbəttə ki, isti duş təsir edir.
- Biz dincələn zaman beyin heç bir ağır işlə məşğul olmur və bizim öz dərinliyimizə dalaraq, ən gözlənilməz qərar qəbul etmək imkanımız yaranır. Bəzən bu yuxu zamanı və ya alkoqolun təsiri altında olur.
- Bizim fikrimiz dağınıqdır. Əgər biz hər hansı bir vacib olmayan işlə başımızı qatırıqsa, bu zaman bizim beynimiz tənəffüs edir və bunun sayəsində də biz şüuraltı olaraq problemə yaradıcı nəzərlə baxa bilərik.
Dofaminin yüksək miqdarı, dinclik və ya dağınıqlıq çox vaxt duş qəbul edərkən olur. Lakin unutmayın ki, sizin beyninizə kreativ fikrin harada gəlməsindən asılı olmayaraq, həmin fikri yaddan çıxarmayın.