Emo - yeniyetməlik oyunu, yoxsa ruh vəziyyətidir?

Emo - yeniyetməlik oyunu, yoxsa ruh vəziyyətidir?

Emo nədir və əslində  emolar kimlərdi?  Adətən deyirlər ki, emolar cəmiyyətə uyuşmayan, onda mövcud olan əksiklikləri qəbul etməyən, lakin onu dəyişə bilmədiklərinə görə kədərli olan və bunu gizlətməkdən qorxmayan   bir qrup yeniyetmələrdir. Onların əsas meyarları bunlardır:

  • dünyanı yaxşılaşdırmaq,
  • pisliyə qarşı mübarizə etmək,
  • zor gücə qarşı çıxış etmək,
  • dinc və sadə yaşamağa üstünlük vermək,
  • özlərində yalanın və zalımlığın olmamasını xarici görünüşləri ilə göstərmək.
Qeyd etmək vacibdir ki, bu cərəyana özlərini aid edən insanlar öz emosiyalarını açıq-aşkar ifadə etməyə meylli olurlar. Emosiyalarını ifadə etməkçün onlar münasib vaxtı gözləmirlər. Onlar bunu zəiflik hesab etmirlər. Əksinə, emosiyanın yaranması emo üçün “özüm” olmaq deməkdir.
Emo bir yeniyetmə qrupudur. Lakin onların arasında böyüklərə də rast gəlinir. Bunlar ya infantillikdən əziyyət çəkənlərdir, ya da böyük olmağın məsuliyyətini daşıya bilməyənlərdir. Bir sözlə uşaq kimi qalmağı daha sərfəli hesab edirlər.
Emolara görə emo bir ruh halıdır, emo doğulmaq lazımdır, sonradan emo olmaq mümkün deyil.  Emolar həyatlarında heç olmasa bir dəfə “atılmış olmaq nədir” hissini yaşayanlardır. Uşaqlıqda qəlbən yaralanmışlardır.
Emolar real dünyanın yalanlarını, aqresiyasını görmək, yaşamaq istəmədikləri üçün hətta ölməyə belə hazırdılar. Amma bu o demək deyil ki, onlar intihar edirlər, damarlarını kəsirlər. Onlar daha çox ölümlə oynayırlar.
Emo ideologiyasına gəldikdə isə, onun mahiyyəti emosiyalardır. Yuxarıda qeyd etdiyimiz kimi, emolar emosiyalarını sıxmır, onlar üçün səmimilik əsasdır. Əsas ətrafdakılara emonun nə hiss etdiyini bildirməkdir – bu mədəniyyət nümayəndələrinin əsas hədəfidir.
Biz küçədə hər hansı bir emo yeniyetməni gördükdə, həmin an anlayırıq ki, bu hansı mədəniyyəti təbliğ edir. Beləliklə, emo paltarında özündə çəhrayi və bənövşəyi millərlə əhatələnmiş qara rəngi daha çox görə bilərik. Burda hər bir rəngin əlbəttə ki öz mənası var. Belə güman olunur ki, qara rəngin üstünlük səbəbi depresiya, bədbəxtlik, qəbul olunmamaqdandır. Parlaq rənglərsə xoşbəxt anları və bu anların yenidən yaşaya bilmək ümidini əks etdirir. Həmçinin, bu çalarlar ümumi qəmginliliyə çağırış, emo stilinin qot mədəniyyəti ilə əlaqəsinin inkarını ifadə edir.
Gələn dəfə biz emoların cəmiyyətdə müvqeyinə və onların  valideynlər ilə münasibətində mövcud problemlərinə toxunacağıq.
Mənbə: PCC jurnalı
Nərgiz Mikayılova
Top